Cənnət

Cənnət
@Haciyeva92
İmam Cəfər Sadiq (ə) buyurur: Allah taala qeyrətlidir və bütün qeyrətliləri sevir.
Fatımatü'z Zehra Gül'ün Gül'ü
Fatımatü'z Zehra Gül'ün Gül'ü
9 okur puanı
Mayıs 2020 tarihinde katıldı
İmam Zaman (ə.f) ağayla ünsiyyətdə olan kar və lal bir gənc. Adı Abdul Mutalib Akbari idi. Müharibə illərində bölgəmizdə mexanik işləyirdi. Kar və lal olduğundan çoxları onu lağa qoyurdu. Bir dəfə əmisi oğlu olan şəhid Qolam Rza Əkbarinin məzarına getdik. Əbdül Mütəlib əmiuşağının qəbrinin yanında qəbir daşının formasını cızdı və orada "Şəhid Əbdül Mütəlib Əkbəri" yazdı! Hamımız güldük və istehza onun üstünə düşdü. Bizə etiraz etmədi, qəbirə baxdı, yazdıqlarını ovcuyla sildi, başını aşağı salıb sakitcə bizdən ayrıldı. Ertəsi gün onu cəbhəyə çağırdılar və onu bir daha görmədik. On gün sonra xəbər cıxdı , şəhid olduğu haqda və cəsədi evə gətirildi. Dəfn olunduğu yer məhz bizim üçün bir neçə gün öncə özü çəkdiyi yer olması təəccüblü idi , və biz ona inanmayıb ələ salırdıq... Onun vəsiyyəti şikayət və kədərlə dolu idi... “Bismillahir-Rahmani-Rahim. Bütün ömrüm boyu, nə etsəm də mənə güldülər! Bütün ömrüm boyu nə vaxt insanlara yaxşılıq göstərmək istəsəm, mənim insan olmadığını düşünürdülər və məni ələ saldılar! Ömrüm boyu danışacaq bir adamım olmayıb. Çox tənha idim. Ancaq insanlar! Mən getdim. Bilin ki, İmam Zamanla hər gün ünsiyyət qururam, Allah onun zühurun tezləşdirsin. Cənab mənə dedi: "Şəhid olacaqsan ..." # Şəhid_AbdulMutaleb_Akbari Allahu Əkbər.
Reklam
Dağıtmayın evləri, orda qarışqa yuvaları olur Süfrədəki qırıntıları qapınızdakı pişiyə pəncərənizdəki göyərçinə bağışlayın Nə qədər ki qaradır, sığal çəkin ananızın telinə Günə atanızın əlini öpməklə başlayın Bir az asta danışın qonşu uşaqları qorxutmasın evinizdəki dava-dalaş Evdən çıxıb ləpələnin dənizə sarı Qağayılara yem atın ki, toxunmasınlar balıqlara Dağıtmayın ailələri orda uşaq oyuncaqları olur Beşik səsini dəyişməyin qatar səsinə Bilin ki, körpənin yıxılıb durmağı da namaz qılmaqdı Evinizə qayıdın... evinizə Qapınızın cəftəsindən bərk-bərk yapışın Getmək bir az da hansısa tərəfə yıxılmaqdı... Aqşin Evrən
Cənnət

Cənnət

, bir kitabı okumayı düşünüyor
Peyğəmbərlik Anlayışı
Peyğəmbərlik AnlayışıMurtaza Mutahhari
9/10 · 7 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Ariflərdən biri həkimə getdi. Həkim ''Şikayətiniz nədir?'' deyə soruşanda ''Şikayətimiz yoxdur, ayağımız ağrayır'' deyə cavab verdi 🌿 (cr.)
Reklam
Əllamə Təbatəbai İmam Rza (ə) barədə bir cümlə bəyan etmişdir ki, bu cümləni şərh etmək istəsək, bütöv bir kitab yazmaq lazım gələr! Əllamə buyurur: “Bütün İmamlar (ə) mərhəmətlidir, amma İmam Rzanın (ə) mərhəməti hiss ediləndir. Həzrətin (ə) mübarək hərəminə daxil olduqda İmamın (ə) mərhəməti dərk edilir”. Ustad Fatiminiya
Rütbə üçün qan töküb can almaq insanlıq deyil, Ey səfil, qarşındakı insandı, qurbanlıq deyil. Mərifətdir Adəm oğluyçun ən üstün mərtəbə, Əyrilik, pislik, tamahkarlıq, qudurğanlıq deyil. Hər daşında göz yaşından iz qalan bir qəsrdə Bir yetim malın yeyib yatmaq firavanlıq deyil. Min qoyun qurban kəsib yüz məscid inşa eyləmək Bir könül sındırmağı örtən peşimanlıq deyil. Xaliqə xidmətdisə niyyət, əziz tut bəndəsin, Allah-Allah qışqırıb gəzmək müsəlmanlıq deyil. Bir qarişqa qədrini bilməkdi şahlıq qüdrəti, Acizi, məzlumu məhv etmək Süleymanlıq deyil. Hakim olsa aqilə cahil, cahan bərbad olar, Bu cəhalət öylə bir dərddir ki dərmanlıq deyil. Cəhd elə, Arif, düşündürsün kəlamın, yoxsa ki Boş sözü misraya doldurmaq qəzəlxanlıq deyil. HacıArif_Buzovnalı .
Dua iştə belə birşeydir(!) İbrahim Ethəm tacı taxtı tərk edir. İllər sonra seyr-i sülûkünü tamamladıqdan sonra Bəlx şəhərinə təkrar gəlir. Özü düzəltdiyi məsciddə şam namazı qılır. çöldə; sulu qar , yağış. "Burada uzanayım da səhər olanda gedərəm" deyə düşünür. Məscidin gözətçisi gəlir, məsciddə uzandığı yerdən tapır, çıxarır. - "Nə
Bir Kəbə idin, hiç ziyarət edənin yox, Gəldim, dolanıb başuva zəvvar mən oldum. 🥀Seyid Əzim Şirvani
İmam Baqircan❤ Hədis: Sizə xəyanət edənlərə siz xəyanət etməyin. Səni təkzib edənlərin qarşısında aram ol. Səni tərifləyəndə xoşhal olma. Yaşadığın şəhərdəki insanlar sənin haqqında pis danışsalar qəmgin olma. Bütün insanlar səni yaxşı bilsələr məğrur olma. Belə olsan onda bil bizdən olacaqsan.
Reklam
Ravi nəql edir ki,İmam Həsən (ə.s) namaz qılanda ən gözəl libasını geyərdi. Səbəbini soruşdular. Həzrət buyurdu: Həqiqətən Allah gözəldir və gözəlliyi sevir. Beləsə, özümüzü Allah üçün bəzəyək. Allah məsciddə namaz zamanı gözəl geyinmək göstərişi verirsə bu göstərişi yerinə yetirmək istəyirəm. (Əl-Həyat, cild 5, səh 66. )
Gec o vaxt olacaq ki, biz deyək ki, bir neçə VÜCUD var. Biz VÜCUD'un tək olduğuna iman etdik. Əsl şirk VÜCUD'u VƏHİD bilməməkdir. Vücud Vəhiddir. İnsan, heyvan, yəni kainat isə Vəhid olan Vücudun zühurudur. Vücud deyəndə o Varlığ nəzərdə tutulur ki, o zatı gərəkliyii vacib varlıqdır. İnsan, heyvan, yəni kainat isə yoxluğa çevrilə bilər, yox ola bilər. Bir haldakı əzəldən də heç yox idi.. Kainat ancaq Vacib Olan Vücud vasitəsiylə ərsəyə gələ bilir.
110 öğeden 91 ile 105 arasındakiler gösteriliyor.