Çalışın gündəlik iş-gücünüzdə xoş sürprizlər üçün lap bir dəqiqə də olsa, vaxt tapın: kiməsə bağışlanan oyun-oyuncaq, nə iləsə təbrik eləmək, nahar fasiləsi zamanı bir fincan qəhvəyə dəvət etmək – insanın əhval-ruhiyyəsini qaldırmaq üçün əla üsuldur. Bəli, adi bir gülüş də gözlənilməz və arzulanan hədiyyə ola bilər. Düşünün, bəlkə sizdə elə bir yeni xəbər, məqalə və ya kitab var ki, onu dostunuzla bölüşsəniz, bütün gününü xoş etmiş olarsınız.