Luna Lovegood

Luna Lovegood

, bir kitap okudu
Puan vermedi·68 syf.·
8 günde okudu
·
Okunma: 28 Ocak 2025 01:10
·
2025 2. kitabı
Tom Rath
8.8/10 · 11 okunma
Reklam
Çalışın gündəlik iş-gücünüzdə xoş sürprizlər üçün lap bir dəqiqə də olsa, vaxt tapın: kiməsə bağışlanan oyun-oyuncaq, nə iləsə təbrik eləmək, nahar fasiləsi zamanı bir fincan qəhvəyə dəvət etmək – insanın əhval-ruhiyyəsini qaldırmaq üçün əla üsuldur. Bəli, adi bir gülüş də gözlənilməz və arzulanan hədiyyə ola bilər. Düşünün, bəlkə sizdə elə bir yeni xəbər, məqalə və ya kitab var ki, onu dostunuzla bölüşsəniz, bütün gününü xoş etmiş olarsınız.
Tanınmış Saks Fifth Avenue mağazalar şəbəkəsi eksperiment keçirib. Eksperiment zamanı mağazanın xidmətlərindən az hallarda istifadə edən alıcılara satıcılar tərəfindən kiçik hədiyyələr – sürprizlər verilib. Hədiyyələr tam simvolik – müştərinin inamına görə mağaza sahiblərinin minnətdarlıq nişanı – idi, lakin bu prosedurdan həm alıcılar, həm də satıcılar sevinc içində idilər. Eksperiment şirkətin biznesinə çox yaxşı təsir göstərdi. Xeyli sayda təsadüfi alıcı mağazanın daimi müştərisinə çevrildi.
Sorğulardan birinə görə, insanlar söz verilmiş hədiyyədənsə, gözlənilməz hədiyyəyə daha çox sevinirlər.