Ted görür ki, məktubun surətləri onun bir neçə yaxın iş yoldaşına da göndərilib. Məktubun başlığı təxminən belədir: “Siz bu gün dünyanı bir qədər yaxşılaşdırdınız”. Ted sizin xoş rəyinizin ifadə olunduğu məktubu oxuyur. Göndərişdə sizin Tedlə telefon danışığınızdan bir neçə sitat yer alıb. Və məktub belə bir qeydlə bitir ki, Ted, nəinki müştərinin problemini həll edib, həm də ona “xoş gün” yaşadıb. Ted öz təbəssümünü gizlətməyə çalışmır da. Gün ərzində müştərilərinin şıltaqlıqlarından yorulub əldən düşmüş Ted özündə ruh yüksəkliyi hiss edir. Ona elə gəlir ki, dağları aşırtmağa hazırdır. Tək bircə məktub, görün nəyə qadirdir.