Jane Austen, bacısı Cassandra'ya yazdığı bir məktubda, "Northanger Abbey"i 1798-1799- cu illərdə yazdığını demişdi. 1 il öncə Jane'in Bath səfərinin, hadisələrin yaşandığı məkana ilham olduğunu düşünmək olar. Əlyazmasında kitab "Susan" adını daşıyırmış.
"Susan" tamamlandıqdan sonra ailə vəkili əlyazmanı nəşriyyata 10 sterlinə satıb, və nəşr olunacağına dair söz verib. Lakin, 6 il heç bir irəliləyiş olmayıb. Nəhayət, Jane özü nəşriyyatla əlaqəyə keçməyə qərar verib. Başqa ləqəblə bir məktub yazıb, əlyazma itibsə yenisini göndərə biləcəyini vurğulayıb, əks halda isə başqa nəşriyyatla işbirliyi edəcəyini bildirib. Lakin, nəşriyyat başqa işbirliyi olarsa, kitab satışının qarşısını almağa çalışacağını deyərək təhdid edib. Ardınca təkrar 10 sterlinə geri qaytara biləcəyini deyib, lakin Jane bununla razılaşmayıb. Bir neçə il sonra, qardaşı Henry, 10 sterlinə əlyazmanı geri alıb.
Həmin zaman Jane'in "Susan" adında başqa romanı olduğundan, baş qəhrəmanın adını "Catherine" olaraq dəyişib. Həmçinin, özsöz əlavə edərək, kitabın 13 il əvvəl tamamlandığını qeyd edib.
1817'də yazdığı bir məktubda: "Catherine bir müddət rəfdə qalacaq, nəşr olunub-olunmayacağını bilmirəm, amma nəşrə hazır bir kitabım var, bəlkə 1 il sonra nəşr oluna bilər". Bəhsi keçən kitab "Persuasion"dur.
Jane Austen 4 ay sonra vəfat edib. Nəşr olunmamış romanlarının "telif" haqqını bacısına verib. "Catherine" adı "Northanger Abbey" olaraq dəyişilib.