Umaayy

Reklam
10/10
·1724 syf.··
Beğendi
·
2025 30. kitabı
·
16 günde okudu
·
Okunma: 15 Ağustos 2025 11:27
Victor Hugo "Səfillər" romanını yazmağa 1845-ci ildə başlayıb, 1862-ci ildə tamamlayıb. Əsərin tamamlanması 17 il çəkib, oxucular üçün 17 gün kifayətdir ki, kitabı bitirsin . Satışa çıxmasının ilk günü 6 min nüsxəsi satılıb, bu o dövr üçün kifayət qədər böyük rəqəmdir. Bəzi mənbələrə əsasən, əsər yayımlandıqdan sonra Hugo satış rəqəmlərini öyrənmək üçün nəşriyyata sadəcə "?" işarəsi olan məktub göndərib. Cavabında isə nəşriyyat sadəcə "!" yazıb. Bu da tarixin ən qısa sual və cavabı olaraq bilinir. Bir çox kitabda rast gəldiyimiz kimi,həmin illərdə bəzi siyasi məzmunlara görə əsərin səhnələşdirilməsinə icazə verilməyib. İndi isə 2012 il çəkimli "Les Misêrables" filmi var. (Filmi izləməyin, oxuduqlarınız xəyalınızda olduğu kimi qalsın) Hugo əsəri yazdığı illərdə Napoleon III-ün siyasətinə qarşı çıxdığı üçün sürgün edilmişdi. (Əsərin yazılmasının uzun çəkməsi də bu səbəbdəndir.) Hugo təkcə obrazların yaşadıqlarını qələmə almaqla kifayətlənməyib, Parisin küçələrini, kanalizasiya sistemini, müxtəlif tarixi hadisələrini də detallarla təsvir edib. Oxuyarkən o dövrdə yaşamış qədər oldum. Uşaqkən oxu kitablarında Gavroche, Cosetta kimi kiçik obrazların səhnələrini qısa formada oxumuşdum. Gavroche və Jean Valjean ən sevdiyim obrazlar idi. Həmin illərdə, həmin səhnələri xəyalımda necə qurmuşdumsa, bütöv romanı oxuyarkən də eyni səhnələr gözümün qarşısında canlandı.
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2025105,3bin okunma

Umaayy

, bir kitap okudu
10/10
·1724 syf.··
Beğendi
·
16 günde okudu
·
2025 30. kitabı
Victor Hugo
9.4/10 · 105,3bin okunma
Ölmek bir şey değil; korkunç olan, hayattayken yaşamamaktır.
İnsanın sevdiği sesleri duyduğu zaman ne söylediklerini anlamaya ihtiyacı yoktur.
Reklam