Gəl bir ev düşünək isti ürəyi,
Sən onun işığı, mənsə dirəyi.
Şirin süfrəmizə çayı, çörəyi,
Gətirmək istərəm səninlə birgə
Sevgisi özündən yüksək mərtəbə,
Sevgidən doğulsun nur üzlü bəbə
Balaca əlindən tutub məktəbə
Ötürmək istərəm səninlə birgə.
Pişik, toyuq, qazları, ördəkıəri,
Həyətində bol üzüm tənəkləri.
Pəncərədə rəngarəng çiçəkləri,
Bitirmək istərəm səninlə birgə.
Bələdik biz şükrün bu hünərinə,
Min olar nemətin etsən birinə...
Sevgi nemətinin şükrün yerinə
Yetirmək istərəm səninlə birgə.