Hümbət İsmayılov

Hümbət İsmayılov
@Humbett
Şair Hümbət İsmayılov : Yazılarımın SƏBƏBİ gördüyüm problemlər, MƏQSƏDİ isə onları bədii şəkildə təsvir edərək qabartmaq və çarəsində az da olsa rola sahib olmaqdır.
"Tut ağacım" yenidən.
Xatirələr qanadında Yaşayan da indi mənəm. Ağır yükü budağında Daşıyan da indi mənəm. Şahid oldun gerçəyimə Sirli sözüm yoxdur indi. Ötən günlər ürəyimə Batan sirli oxdur indi. Bu qocalan ruha baxıb, Vurur zərbə budaqların. Nə körpə bir ruhum qalıb, Nə də körpə budaqların. Xatirələr bu dünyada Şirin olur dadın kimi. Mən öləndə yasımı da Sən tutarsan, adın kimi... Sanki uşaqlıqdan bəri gülməmişəm Çox qapı gəzib özümə gəlməmişəm. Bir gün səni özüm kimi görüb sənə Bunu söyləyəcəyimi bilməmişəm : - De! Köksünə neçə çarpaz dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm? Bir gün şirin xatirələr sorağıyla, Səni gözləyəcəyimi bilməmişəm...
Müzik
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Şeir
"Bir ömür" Əgər həbs olunsa bir bağa meyvə, Bənzəyir o zaman dustağa meyvə. Ağac gömüləndə torpağa meyvə Adam gömüləndə bir ömür bitir.    Ölüm gətirməyə çatsa cürətin Sevinmə! Nöqsandır bu məharətin! Dağıtmaq asandır, yaratmaq çətin Bacarsan ölüm yox, bir ömür gətir.   Verilən hər möhlət, aman şirindir Çünki sona yaxın zaman şirindir. Keçmişin röyası yaman şirindir Bir də ayılırsan : bir ömür ötür...    Sözüm mənə qalmır, sizlərə qalsın. Sizin də dərdiniz sözlərə qalsın. Hümbətdən sizlərə xatirə qalsın Başa düşməsəz də bir ömür sətir...   - Hümbət İsmayılov
Şiir

Hümbət İsmayılov

, bir kitap okudu
10/10
·376 syf.·
Beğendi
·
2021 11. kitabı
Rövşen Abdullaoğlu
9.1/10 · 2.500 okunma