Hüseyn Məmməd

Hüseyn Məmməd
@HuseynMammad
"Hal var sağalmaz xəstəlik Ən sevdiyindir üstəlik."
Baku
9 reader point
Joined on September 2023
Ağlamağa bəhanə ver, Ürəyimi nisgil sıxır. Əllərimi sənsizliyim, Boğazımı qəhər sıxır. Nə güc varmış biləyində! Öldürəcək təhər sıxır. Nə yorulmur, nə dincəlmir, Gecə sıxır, səhər sıxır. Tikan taxır ilməyimə, Kədər qatır gülməyimə, Haram səpir yeməyimə, Çaylarıma zəhər sıxır. Tut əlimdən, apar məni! Ürəyinin bir kəndinə. Yoxsan deyə zalımlaşıb, Sıxır məni, şəhər sıxır. Ağlamağa bəhanə ver! Bulud kimi dolmuşam mən. Sənsiz boynum bükük qalıb, Yaman kövrək olmuşam mən. Gözümdə ocaq qalanıb, Boynuma zəncir dolanıb. Suyuma həsrət bulanıb, Saralmışam, solmuşam mən. Ağlamağa bəhanə ver! Yaman kövrək olmuşam mən.
Reklam
Mənim adım okean, Məndə batır gəmilər. Mən suyumda boğuldum, "Yenə yatır" dedilər. Sahilim yox, limanım yox, Dincəlməyə zamanım yox. Qasırğalar içimdədi, Heç kimsəyə gümanım yox. Mənim adım okean, Dindirmə, çox dəliyəm mən. Sular da etmir pak məni, İllərdir kirliyəm mən. Atılma, üzə bilməzsən, Ağlın gedən dəniz deyiləm! İnan ki, dözə bilməzsən. O mənəm - "okean" deyilən. Mənim adım okean, Batıram öz içimdə. Fırtınalar fəryadımdı, Bu gecə də içim dəm. Mənim adım okean, Məndə batır gəmilər. Öz içimdə boğuldum, Yaşamayan nə bilər?!
Neçə dəfə ölür bir adam? Günəşi necə batır? Neçə kimlik, neçə ad? Neçə qətli saxlayır qoynunda gecə? Neçə ölü, neçə sağ? Kimi evdə, kimi pusquda yatır... Pəncəsindən qan daman, Üzündə Ay işığı,

Reader Follow Recommendations

See All
Mən getməyi bacarmıram, Qəlbim sanki yol tanımır. Ön uçurum, arxa qaya, Sağ tanımır, sol tanımır. Quş deyiləm göyə uçam, Su deyiləm yerə köçəm. Ayrılığın gözü çıxsın! Məndən başqa qul tanımır?!
Bir tutam sabırdı vuslatı güzel kılan.
Reklam
Reklam
204 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.