Hələ bu dünyada
İzim yoxuydu,
Hər şeyi görürdüm,
Gözüm yoxuydu.
Hələ ruhum vardı,
Özüm yoxuydum,
Mən bura özümü
Görməyə gəldim.
Mənədə yer çatar,
Dünya dar deyil,
Biz balıq deyilik,
Dünya tor deyil.
"Allah göydən baxır,
Allah kor deyil..!"
Sizə bunu xəbər
Verməyə gəldim...