"Süph azanı"
Üfüqdə günəşin sabah parıltısı,
Xəzərin tənhalığı sahilə vurur...
Qumsala sancılmış taxta skmayada,
Bir stəkan soyuq çay var,
Bir də kitab, Çingiz Aytmatov - Gün Var Əsrə Bərabər..
Elə düz dalğaların dil açdığı yerdə,
Ayaqları quma batmış adam,
Dizlərini qucaqlayıb oturub...
Fikirləri dağınıq, saç saqqal,
Ağ günlərin xatirəsinə qara geyinib..
Sanki dəniz də tərk edilib,
Nə bir gəmi qalıb, nə bir qağayı,
Son sərnişində düşəcəyi yeri unudub..
Hə... Başqa necə ola bilər,
Bir az gücü qalıb, o da tükənəcək,
Düşəcək...
Danışıb bitirdikdən sonra süfrəni sərdim. Həmid çox gec gəldi. Dəfələrlə elə olmuşdu, zibil atmağa çıxanda evə gec qayıdırdı. Fikirləşirdim ki, görəsən, bu qədər gecikməyinin səbəbi nə ola bilər. Heç vaxt soruşmamışdım. Ancaq bu dəfə həmişəkindən də gec gəldi. Qayıdanda soruşdum:
-Həmid, zibilləri Geri Çevirmə Mərkəzinə aparmışdın?! Niyə bu qədər gec gəldin?
Danışmaq istəmirdi, ancaq israrımı görəndə dedi:
-Bilirsən, küçənin başında həmişə yoxsul bir adam dayanır. Mən hər dəfə yanından keçəndə bacardığım qədər kömək etməyə çalışıram. Amma bu dəfə üstümdə pulolmadığından utandım ki, birdən görərəm, kömək edə bilmərəm. Buna görə bütün küçəni dövrə vurmaq məcburiyyətində qaldım.
Bu kimi rəftarlarını görəndə ona daha çox heyran olurdum. Onun bu hərəkətləri məndə həm gözəl hisslər, həm də qorxu yaradırdı. Gözəl hisslər həyat yoldaşımın bu qədər incə və zərif məsələlərə qarşı çox diqqətcil olduğuna görə idi. Qorxurdum ona görə ki, özümü Həmidlə yarışda təsəvvür edirdim. Mən yıxıla-yıxıla, sürünərək yoluma davam etdiyim halda Həmid sürətlə keçib-gedirdi.♡
-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən?
-Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa biləcəksən?
Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim Kərbəlam” kimi qeyd etmişdi. Gülümsədim.
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad?
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən.
-Xanım, nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki, ömrümüz əyləncə içində keçirməyə dəyməyəcək qədər qısadır. Gəl, həyatımızı elə tənzim edək ki, evli həyatımızla subay həyatımız fərqlənsin. Məsləhət gördü ki, həm səhərlər, həm də axşamlar bir səhifə Quran oxuyaq. Bu, gündəlik işimiz oldu. Hər gün sübh namazından və Əhd duasından sonra hərəmiz bir səhifə Quran oxuyurduq. Çalışırdıq ki, ayələri tərcüməsi ilə birgə oxuyaq. Yan-yana otururduq birimiz oxuyur, digərimiz də qulaq asırdı.