Mənim üçün əziz olan bir müəllimimin tövsiyyəsi ilə oxuduğum kitab.Bir neçə dəfə yenidən oxuduğum, yadımdan çıxan yerlərə səhifləyib yenidən baxdığım nadir kitablardandı.
Kitabı mənim üçün bu qədər xüsusi edən əsas səbəb səmimiyyətidi.Hər bir obraz ayrılıqda həm yaxşı, həm pisdi.Edilən doğru əməllər də var, yanlış əməllər də..Və hər dəfə obrazın perspektivindən baxdıqda hər obrazın özünə haqq qazandıra bildiyini görürürük.Mütləq yaxşı ya da mütləq pis yoxdu...Eyniylə insan kimi...
Kitabda mənimçün, bəlkə də ümumilikdə ədəbiyyatımız üçün ən ziddiyyətli xarakter olan Cahandar ağanın daxili dünyası çox yaxşı əks etdirilib.Kitab insanı yer yer dilemmada qoyur Cahandar ağanın tərəfindəsən yoxsa yox? Yox desən kəndinə etdiyi o qədər yaxşılıqlara, düşmənin qarşısındakı duruşuna da naxələf çıxmalısan.Hə desən də öz əxlaqi dəyərlərini sorğulamalı...
Əşrəfin aqibətinin oxucuya buraxılması da düşünürəm ki maraqlı nüansdı.Optimist oxucu üçün Əşrəf diribaş savadlı gəncdir və özünə həyatda yer tapacaq.Lakin mənim fikrimcə Əşrəf öz idelları olan inadkar biridi, və bu da böyük ehtimal onun sonu olacaq.