A

A
@Icirepose
“If you have a garden and a library, you have everything you need.” - Cicero
10/10
·320 syf.·
2025 12. kitabı
Kitab ilk olaraq tarixi dəqiqliyinə görə diqqətimi çəkmişdi. Ümumiyyətlə köləliyin dərk edilməsini təsirli şəkildə əks etdirdiyini əminliklə demək olar çünki, bir mənalı olaraq, insanlığın qaranlıq tərəfini, acı həqiqətləri Solomon Northup aşkar etməkdən çəkinməmişdir. Hal hazırda azad və hüquqları təmin olunmuş şəxslər olaraq həyatımızı davam etdirərkən keçmiş dövrdə yaşamış Solomon və onun kimi köləliyə məcbur buraxılmış qara dərili insanların acılarının ağırlığını xəyal belə edə bilmərik… bu və hər hansı bir köləliklə bağlı kitab adətən cəhənnəm həyatına məcbur buraxılmış xalqın yaşadıqları əzab, əziyyət və işkəncələrin kiçicik bir hissəsini bizə nümayiş etdirə bilər… ancaq bu gerçək hekayəti oxuyan hər kəsin qəlbində yara açacağına dair heç bir şüphə duymuram.
Edebiyat
12 İllik KöləlikSolomon Northup · Qanun Neşriyat · 2020483 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·309 syf.·
2025 13. kitabı
Bənzər travmalı iki şəxs; Alicia və Theo… zamanla ümidlərin tükənişi, manipulyasiya, çıxılmaz vəziyyətlər, mental sağlamlığa şüphə, ruhi xəstəliyə dəvətnamə yaradan istismar, acı xəyanət, xəyal qırıqlıqları, gözü dönmüş psixoterapevt, dünyası başına yıxılan eksantrik rəssam, məhv olan həyatlar… ah Ailicia, yazıq üzümlü keksim mənim. Theo’nun şeytansı ağlı, manipulyasiya qabiliyyəti mat-məəttəl etdi.(?)(!)
Edebiyat
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,7bin okunma
Puan vermedi·120 syf.·
2024 39. kitabı
Kitabı oxuduqdan sonra Yapon estetikasında olan “wabi-sabi” dünya görüşü haqqında bildiklərimi xatırladım. Qeyri mükəmməllik və qeyri mükəmməliyin özündəki gözəlliyi görmək… keçici və yarımçıq gözəlliklərlə dolu olan dünyamız… Siddhartha sanki ürəyində sakitliyi tapdığı son dönəmdə hər şeyi, bütün varlıqları, həyatın özünü olduğu kimi qəbul edərək rahatlığa qovuşub müdrikliyə çatdı(həyatın, yaşamın bütün qüsurlarını, nöqsanlarını, hamı tərəfindən qəbul edilmiş gözəl tərəflərini və s.) Həyatınızda olan və olacaq olan hər şeyi və hər kəsi, dəyişdirməyə, yolundan döndərməyə çalışmadan olduğu kimi qəbul edib sevməyə çalışın, o zaman iç huzuru tapacaqsınız :)
Duygu ve Düşünce
SiddharthaHermann Hesse · Alatoran Yayınları · 202047bin okunma