Röya

Röya
@Ilysraly
Tükenenin kaynağı
Halklı İlişkiler
Atatürk Üniversitesi
Azərbaycan, 10 Eylül 2005
5 okur puanı
Haziran 2024 tarihinde katıldı
Röya yorumladı.
Fənər balığı
Görünüşünə görə okeanın ən qəribə balığı sayılan Fənər balığının çoxalması da bir o qədər qəribədir. Erkək balıq dişinin bədəninə yapışır və orda qalır. Əvvəl gözləri, sonra da digər orqanları öz funksiyasını itirir. Sonda dişinin qan-damar sisteminə bağlanır və iki balıq, çevrilib olur bir. Bu davranış adətən parazitlərə məxsusdur. Öz qurbanının bədənində yaşayaraq, ondan istifadə etmək. Dişi fənər balığının isə bu birləşmədən sonra tək məqsədi var: okeana yumurtalar buraxaraq öz nəslini davam etdirmək. Bu hadisə bir çox insanın sevgi anlayışına oxşayır. Qarşı tərəfdən asılı olmaq, onsuz yaşaya bilməmək. Üstəlik qarşı tərəfi də öz məqsədinə uyğun olaraq dəyişməyə məcbur etmək. Evlilikdən sonra tək məqsədi uşaq olan cütlüklər fənər balığından çox fərqlənmir. İki nəfər birləşərək, əcaib bir məxluqa çevrilir və növbəti əcaib varlıqların sayını artırmağa çalışırlar. Eraserhead filmindən bir dəfə danışmışdıq. Qəhramanımızın ata olmaqla bağlı dərin qorxuları var idi. Yuxusunda gördüyü uşaq isə o qədər əcaib idi ki, fənər balığı onun yanında toya getməlidir. Birlikdə olmaqla, bir olmaq fərqli anlayışlarıdır. 🟩t.me/virtual_agac
Alıntı
👍🏻