Tunay

Kölgəsiz
Hər şey yolunda gedərkən, ya da mən elə zənn edərkən, birdən fərqinə vardım ki, kölgəmi itirmişəm. Düzdür, çoxdandı qaranlıqda yaşayırdım, gün işığını az görürdüm. Amma bu, kölgəmi sağ saxlamaq üçün kifayət etməli idi. İnternetdə oxumuşdum ki, kölgələr bəzən illərlər gün işığı görməsə də yaşaya bilər. Buna görə kölgəm ən son düşünəcəyim şey idi. Amma görünən odur ki, mən kölgəsiz qalmışam. Özümü inandırmağa çalışıram ki, uzun müddət işığa çıxmadığım üçün ölüb. Başqalarına da bu yalanı deyirəm, deyəcək başqa izahım yoxdur. Məni görən hamı mat-məətəl qalır. Heç adam da kölgəsini itirər? İndi bu qədər adam arasında kölgəsiz qalmağın utancını yaşayıram. Evdə süni işıqlarla kölgəsini bəsləyən insanlara gülərdim, kaş mən də elə etsəydim. Kölgəsinə qayğı göstərməyən hamı bir gün bu snou yaşayır deyəsən. Açığı, kölgəmin yoxluğunu dərk etməyim vaxt aldı, baxmayaraq ki, həmişə başı aşağı gəzirəm. Amma diqqətim həmişə başqa yerdədir. O qədər çox şey düşünürəm ki, başımı qaşımağa belə vaxt tapmıram. Gündəlik adi şeylər üçün ayağa durub nəsə etmək mənə görə vaxt itkisidir. Mən düşünən adamam. Kaş hər şeyi bu cür həll etmək olsaydı, qorxduğum adamları düşüncə gücü ilə yıxsaydım, borclarımı düşünərək ödəyə bilsəydim, hamıya sübut etsəydim ki, mən bu qədər gücsüz və lazımsız deyiləm. Siz boş-boş gəzərkən, mən düşünürəm. Hər axşam evə qayıdanda ümidsizliklə işığı yandırıb kölgəmi axtarıram. Elə bilirəm bir küncdən çıxacaq və deyəcək ki, mən evdə səni gözləyirdim. Amma heyif ki, bu baş vermir. Mən düşüncələrdə hamı ilə mübarizə apararkən, kölgəm məni tərk edib. Həm də məni çox gözəl, günəşli bir gündə tərk edib. Allah bilir, hansı kölgələrə, bədənlərə qoşulub qaçıb. Axı mən kölgəmi də özüm kimi bu qaranlıq otağa həbs edə bilməzdim. Bəlkə vaxt gələr, mən də ona qovuşaram. Günəşli
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Uzaqlığın sadəliyi
Hərdən səni yaxşı tanımayan biri elə bir cümlə qurur ki, elə bilirsən səni bu adamdan yaxşı başa düşən olmayacaq. Hərdən heç tanımadığın birində başa düşülmə rahatlığını tapır, bəzən də bunu arzulayırsan. Çünki yaxınlıq mürəkkəbləşdirir. Yaxında olan birinin səni başa düşməməsi üçün lazım olan hər şey var, gözləntisi, qərəzi, qarşılıq arzusu. Uzaqdakı isə bütün bunlardan azaddır. Səni olduğun kimi görür. Uzaqlıq saf səmimiyyətin sirridir. Ona görə uzaqdakı bizi özünə çəkir. Amma paradoks budur ki, ona yaxınlaşdıqca hər şey dəyişir. Artıq uzaqdan deyil, yaxından baxmağa başlayır. Və uzaqlığın sehri yaxınlıqla pozulur.
İtirmişəm...
Bir şey itirmişəm, amma nə olduğunu bilmirəm. İçimdəki bu boşluq o şeydən mənə yadigar qalıb. Tapıb geri qaytarmaq istəyirəm, amma olmur… Getdiyim hər yerdə, gördüyüm hər insanda, oxuduğum hər kitabda onun izləri ilə qarşılaşıram. Bəzən bir gülün ətrində, bəzən bir yeməyin dadında, bəzən də günəşin batışında... Bəzən bir adı xatırlamağa çalışırsan. “Dilimin ucundadır” deyib, xatırlaya bilmirsən. Bu yaxınlarda onun haqqında düşünmüşdün, təzəlikcə bu adı işlətmişdin, amma heç cür xatırlaya bilmirsən. Bax, bu itirdiyim şey də dilimin ucundadır. İndicə xatırlayacaqmış kimi hiss edirəm, amma tapa bilmirəm. “Unutmaq çətindir” deyirlər. Bunu deyənlər xatırlamağın çətinliyini bilmirlər, deyəsən. - Dilinin ucundadırsa, tüpür, keçsin. Yox, istəmirəm. Onu gözəl edən şey dilimin ucunda olmağıdır. Mənim üçün həm var, həm də yoxdu. Hər an itirəcəkmiş kimi hiss etmək, hər an tapacaqmış kimi hiss etmək dadlı edir bu yoxluğu. t.me/tunaynovruz
Bizə əzab verən şey arzulardır. Arzularımız çoxaldıqca çəkdiyimiz əziyyət də artır. Arzular azaldıqca, istəklərimizin sərhəddini təyin etdikcə daha rahat yaşayırıq. Heçnə arzulamayanlar isə ya müdrikdir, ya da ölü (çox da fərqi yoxdu deyəsən). Arzuların səni idarə edirsə vəhşi, sən arzularını idarə edirsənsə mədəni olursan.
Neçə dəfə hər şeyə yenidən başlamaq istəmisən? Neçə dəfə hər şeyə yenidən başlamısan? Neçənci yenidən başlamaq sonuncu olacaq? Neçə dəfə dəftərdə yeni, ağ varaq açacaqsan? Hər dəfə məğlub olanda, qalib olanda və ya nə edəcəyini bilməyəndə etdiyin şey yenidən başlamaqdır. Hər səhər yuxudan oyanmaq, eyni günə yenidən başlamaqdır. Həyat özü mübarizədir, atdığın hər addım mübarizədir. Zaman keçdikcə görəcəksən ki, məsələ qalib olmaq vəya uduzmaq deyil. Sonda həmişə qazandığın təcrübə və yanında olan, çiyin-çiyinə səninlə mübarizə aparan insanlar olur. Gücünü topla, ayağa dur, yeni istiqamət, yeni mübarizə, yeni məqsəd seç, köhnə mübarizə yoldaşının çiyninə söykən, davam et. Həyata, özünə, mübarizənə yenidən başla. Mübarizə yoxdursa yaşamağın həyəcanı da yoxdur!
Düşünce