Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tunay

Dostlar, hansı sosial medianı daha çox istifadə edirsiz? Bura deyəsən çox passivdir. Mən paylaşımlarımı aktiv olaraq telegramda edirəm. Kanal: t.me/virtual_agac
Reklam
Çoxluğun bəyəndiyi bir şeyə mız qoymaq, çoxluq bəyəndiyi üçün bəyənməmək xəstəliyinə mən də tutulmuşdum vaxtı ilə. Elə bilirdim ki, fərqli olmaq üçün hamıdan fərqli şeyləri bəyənməliyəm. Künc-bucaqda tanınmayan, bilinməyən bir kitab, film, rejissor, yazıçı tapıb onu bəyənəcəm. Beləcə kimsə məndən soruşanda öz fərqimi göstərəcəm. Siz hamınız
Gündə 8 saat işləmək sosial mediada yazdıqları qədər qorxulu və ya çirkin bir şey deyil. Ovçuluq və yığıcılıq min illər əvvəldə qaldı. Lap o cür olsa da, bir yerdən sonra bezib deyəcəksən ki, mən ovçu olmaq istəmirəm, bu sistemin parçası olmaq istəmirəm. (Sistemə qarşı çıxıb, mağaradan çıxan kimi bir ayı tutub aparacaq) Xəyalların varsa, çatmaq istədiyin hədəflərin varsa onlara çatmaq üçün çoxlu çalışmalısan. Unutma sən pul üçün yox, hədəflərin üçün çalışırsan və işləmədən heçnəyə çatmaq olmur. Bir də ki, reallıqla barışmaq lazımdır, həyatının çox hissəsini iş mühitində keçirəcəksən, bunu əzaba çevirmək yaxşı fikrə oxşamır. Gördüyün işi sevməyi, zövq almağı öyrənsən daha yaxşı olar. t.me/virtual_agac/543

Okur Takip Önerileri

Tümünü Gör
Müqəddəs dilənçilik "Hamımız karıxmışıq, çünki bütün gün pul barədə düşünürük, çünki biz iqtisadiyyatın kölələriyik. Həqiqi sənət insanlarda daha çox ruhu, qəlbi dəyişməlidi. Mən teatra gedəndə ordan fərqli insan kimi çıxmalıyam. Film mənə nəsə verməlidi: ümid, bilik... Mənim orda olduğunu belə bilmədiyim, içimdə qalan bir gizli gözəllik" Alejandro Jodorowsky filmlərini sənaye kinosundan qorumaq üçün, bu iyrənc sənaye mühitinə bulaşmamaq üçün insanların yardımı ilə çəkir. Hər filmdən əvvəl aksiya başlanır, insanlar film üçün lazım olan büdcəni toplayırlar. Jodorowsky, ənənəvi olaraq, hər filmindən öncə insanlara bu formada müraciət edir. Bu müraciətində rejissor sənayeləşmiş kinodan, Hollywoodun dünya kinosuna verdiyi zərərdən və özünün gördüyü bu işin mahiyyətindən danışır. "Poesía Sin Fin" (Endless Poetry) filmindən öncə edilən videomüraciəti azərbaycanca alt yazı ilə izləyin. 🔗 youtu.be/bn1yMNBlaBk Kinolar haqqında maraqlı yazılar oxumaq istəyirsinizsə saytlarını da ziyarət edə bilərsiniz. Çap etdikləri jurnallar əvvəl hamıya açıq idi, indi artıq hamıya açıq deyil deyəsən. 🔗 filmfictionmagazine.com/fiction t.me/virtual_agac/536
İncəsənət
Siz də mənim kimi bir çox müasir sənət əsərinə baxanda heçnə başa düşmürsünüzsə, bu yazı hamımıza kömək edəcək. Başa düşəcəksiniz demirəm, sadəcə tək olmadığınızı hiss edəcəkisiniz :) Çoxdandır incəsənət haqqında fikirlərimi yazmaq istəyirdim, amma yazmağa başlayanda gördüm ki, əslində elə də çox deyə biləcəyim bir şey yoxdur. Bloq yazmağın çətin amma faydalı tərəflərindən biri də budur, fikirlərini səliqəyə sala bilirsən. Avelina Lesper adlı sənət tənqidçisinin də köməyi ilə fikirlərimi toplaya bildim. Bu yazı incəsənətin tərifi və tənqidi haqqındadır. Çağdaş incəsənətin əslində sənət olmaması, muzey və art qalereyaların mafiyaya çevrilməsi və s. Yazını bloqda oxumaq üçün: ➡️ bit.ly/aboutart t.me/virtual_agac/534
Reklam
Yarım qoyanlar…
Əvvəllər başladığım hər kitabı sona çatdırmağa çalışırdım. Bəyənməsəm də, bezsəm də özümü məcbur edirdim ki, bitirim. Elə bilirdim kitabları yarım qoymaq olmaz. Sonra böyüdüm artıq sadəcə sevdiyim kitabları sona qədər oxuyuram. Bəzi insanları da sona qədər yaşamaq lazım deyil. Bunu səni yarım qoyanlardan öyrənəcəksən… t.me/virtual_agac/533
Bədənimizin özünü müdafiə üsullarından biri də hüceyrə səviyyəsində müqavimətdir. Davamlı tox olanda, davamlı nəsə yeyəndə qanımızdakı insulin səviyyəsi yüksəlir və daim yüksək qalır. Lazım olan enerjini alan bədən başlayır insulin hormonuna qarşı müqavimət yaratmağa. Bir yerdən sonra o qədər çox müqavimət göstərir ki, bədənimizdə olan insulin bəs etmir. Çöldən iynə vasitəsilə bədənə daxil etməli oluruq. Buna deyirlər diabet (şəkər xəstəliyi). Eyni proses dopamin üçün də bənzərdir. Davamlı xoşbəxt olanda, davamlı dopamin hormonunu yüksək səviyyədə saxlayanda bədən başlayır ona qarşı müqavimət göstərməyə. Xüsusilə narkotik maddə istifadə edənlər anidən dopamin səviyyəsini 10 dəfədən çox artırır. Beləcə müqavimət artdıqca bədənimizdəki normal dopamin ifrazı bəs etmir. Asılılıq da belə yaranır. Bir müddətdən sonra narkotik istifadə edənlər sadəcə normal hiss etmək üçün, gündəlik yaşaya bilmək üçün də narkotikə ehtiyac duyurlar. Overdose deyilən şey də ən pik həddə baş verir. Hər dəfə narkotikin miqdarını artırırlar ki, daha çox dopamin ifraz olunsun, çünki əvvəlki miqdara qarşı müqavimət var artıq. Lap çox narkotik birdən qana girəndə də zəhərlənmə, qanda oksijen çatmaması, beynin bəzi hissələrində hüceyrə ölümü və s. baş verir. t.me/virtual_agac/531
Bizə necə yaşamaq lazımdır öyrədilmir, adicə balaca bir cihaz alanda belə içində istifadə qaydaları olur. Di gəl bu həyatda yaşamağın qaydası yoxdur. Xüsusilə bizzimki kimi bir cəmiyyətdə normal, keyfiyətli yaşamaq, inkişaf etmək anlayışı ümumiyyətlə yoxdur. Biz çox vaxt kim nə deyər norması ilə yaşayırıq. Elə mən özüm də uzun müddət belə
Çünkü ben senin zindanında olduğum günden özgürüm Saçlarını rüzgara savurma yoksa beni de rüzgara savurursun youtu.be/C5JuqJ82Oa8 İran musiqi və filmlərinə xüsusi simpatiyam var. Son zamanlar haqqında çıxan dediqoduları bir kənara qoysaq Mohsen əmi nəyi ifa etsə çevrilib olur əjdaha! Ümumiyyətlə, incəsənət, elm adamlarının şəxsi həyatını bir kənara qoymaq lazımdır. Biz onların ortaya qoyduqlarını danışmalı, müzakirə etməliyik. Bir adam şəxsi keyfiyətlərinə görə pis adam ola bilər (bizə görə) amma eyni zamanda yaxşı bir artist, alim ola bilər. Bunun səbəbi bizim fanatlıq, müqəddəsləşdirmə meyilli olmağımızdır. Belə möhtəşəm oxuyan, yazan, çəkən adam necə pis ola bilər? Balansı qoruya bilmirik. t.me/virtual_agac/525
- Etdiyin ən cəsur şey nə idi? - Kömək istəmək. Kömək istəmək sənin gücsüzlüyünü yox, gücünü göstərir. t.me/virtual_agac/523
Reklam
Gələcəkdə elə bir cihaz ixtira oluna bilər ki, bir insanın bütün hiss etdiklərini qarşı tərəfə ötürə bilər. Fərz edin ki, musiqi dinləmək üçün istifadə etdiyimiz qulaqlıq kimi bir şey taxırıq və qarşı tərəfin hiss elədiklərini öz bədənimizdə tam hiss edirik, bəlkə də onda empatiya hissinin nə demək olduğunu bildik və insanları daha yaxşı başa düşdük… t.me/virtual_agac/522
Dopamin
Bir mövzunu tam başa düşmədən həyatıma tətbiq edəndə, nəyisə əzbərləyib imtahana getmiş kimi hiss edirəm. Məsələn hardasa oxuyuram ki, filan şeyi etsəniz dopamininiz normal səviyyədə qalacaq. Bunu əzbər məlumat kimi yadımda saxlayıb tətbiq edəndən bir müddət sonra unuda bilirəm, üstəlik niyə etdiyimi bilmirəm. Buna görə də qərar verdim ki, dopaminin nə olduğunu və necə işlədiyini başa düşüm. Daha sonra bu biliyə əsaslanaraq dopamin səviyyəmi necə normal və faydalı səviyyədə saxlayacağımı öyrənim. Bu yazı bir neçə hissədən ibarətdir: - Dopamin nədir və necə işləyir (bəzi terminlərin sadə izahı). - Beynimizdəki dopamin yolları. - Dopamin ifrazına nəzarət. - Aralıqlı dopamin ifrazı. - Soyuq su ilə duş almaq. - Dopamin detoksu, ziyanı və faydaları. - Öyrənmə, təsdiq, daxili və xarici mükafat. - Daha detallı oxumaq istəyənlər üçün əlavə qeydlər və resurslar Ardını oxu ➡️ medium.com/@tunaynovruz/do... Alternativ link: bit.ly/42g1fzL
Son illərdə yazılan, yayımlanan elmi məqalələrin çoxu lazımsızdır və ya hansısa məqalədən kopyalanıb. Bugünlərdə dopamin hormonu haqqında öyrənmək üçün kiçik ölüçülü bir araşdırmaya girişdim. Əvvəl düşündüm ki, youtube-da bir-iki videoya baxaram hər şey aydın olar. Mövzu həm mürəkkəb həm də maraqlı olduğu üçün yolum gəlib çatdı elmi məqalələrə.
"Sənin getdiyin yolu mən qayıdıram"-çılar
Buna bənzər ifadələri işlədənlərə inanmıram. Sənin getdiyin yolu səndən öncə gedənlərin təcrübə və biliyindən faydalanmaq olar, amma o yolu gedib uğursuz olan biri sənin də uğursuz olacağını düşünə bilər. Əksi də ola bilər, sənin yolunu gedib həqiqəti tapdığını söyləyən adamın izi ilə getsən onun tapdığı səni qane etməyə bilər. Getdiyimiz yollar, axtardıqlarımız kənardan baxanda eyni imiş kimi görünə bilər, tapdıqlarımız, yolda yaşadıqlarımız, təcrübələrimiz bizə məxsusdur. Bir də "hamının getdiyi yolu getmə, özün öz yolunu çək" deyənlərə də inanmaq lazım deyil. Hərdən hamı kimi yaşamaq, hamının yolundan getmək, adi, sıradan bir həyat yaşamaq daha yaxşı olur. Həyat özü onsuz da mübarizədir, özünü əyri, çətin yollara salıb uduzma ehtimalını artırmaq məntiqli olmaya bilər. Üstəlik hamının getdiyi yolda səndən əvvəlkilərdən daha uğurlu olma ehtimalın daha çoxdur, sən onların etdiyi səhvləri görüb, o səhvləri etmirsən. t.me/virtual_agac
Əlimizə keçə hər şeyi romantik formaya salmağa meyilliyik (xüsusilə internetdə). Məsələn: "Kitablarım varsa heç kimə ehtiyacım yoxdur" "Pişiyim və mən, başqa heçkimə ehtiyacım yoxdur" "İtim məni çox sevir, insanlar kimi iki üzlü deyil" və s. İt, pişik, kitab, at, ot, çiçək və s. bütün bunlar gözəldir, təbiətin bir parçasıdır amma bu qədər şişirtməyə ehtiyac yoxdur. Əlimizə keçən hər fürsətdə insanları tənqid/təhqir etmək lazım deyil. Qəbul etmək lazımdır ki, heçnə insan münasibətlərini tamamilə əvəz etmir, edə bilmir. Bu cür romantik ifadələrin təsirinə qapılıb insanlardan uzaqlaşmaq lazım deyil. O ifadələr filmlərdəki kimidir, uydurma, qeyri real. Bizim hər şeydən əvvəl insanlara ehtiyacımız var, danışmağa, gülməyə, ünsiyyət qurmağa, başa düşülməyə, sevilməyə... Nəysə onsuz da məni başa düşən deyilsiz, pişiyim mənə bəsdir, heçkimə ehiyacım yoxdur. t.me/virtual_agac
Xarici görünüş
Niyə insanların xaricinə yox daxilinə görə dəyər verməliyik? Tam olaraq nə mənaya gəlir bu? İlk versiya olaraq xaric deyiləndə gözü,qaşı ağlımıza gəlir, düşüncələri, duyğuları isə daxili. Burda daxili ilə bağlı bir əmma var. İnsanın daxilini necə öyrənə bilirik? Bizimlə danışdıqca, ünsiyyətdə olduqca o insanı tanımağa başlayırıq. Əslində biz insanların daxilini bizə(yəni xaricdə olana) göstərdiyi formada tanıyırıq. Yəni əslində yenə də çöldən baxaraq, daxilinin xarici görünüşünə görə dəyərləndiriik. Biraz qarışıq oldu 😁 Sadələşdirək: Bir adam sənə özünü necə təqdim edirsə sən də o cür tanıyırsan və o cür qiymətləndirirsən(yaxşı,pis, sənə uyğundu və ya deyil). Özlərini təqdim edə bilməyənlər, öz daxilini xaricə çıxara bilməyənlər, çox vaxt kəşf edilmirlər. Yaxşı danışa/yaza bilməyən insanlar dayaz düşüncəli, duyğusuz kimi etiketlənə bilir. Sözümün canı: Biz insanları həmişə xaricinə görə qiymətləndiririk. t.me/virtual_agac
Reklam
Outliers kitabından…
Uğurlu olan insanlar əllərinə düşən şansı dəyərləndirə bilənlərdir. Bu mövzu "Outliers" kİtabında çox qəşəng izah olunmuşdu. İçimizdəki ədalət hissi bizə deyir ki, çox çalışırsansa, bacarıqlısansa sən yaxşı bir nəticəyə, uğura layiqsən. Əslində isə uğur qazanmaq üçün bizdən asılı olmayan bir çox şey lazımdır. Bunların başında isə
🔘 Şəxsi inkişaf (və ya özünü tanımaq) qısa motivasiya sözlərindən, videolarından ibarət deyil məncə. Özünü inkişaf etdirmək istəyən bir insan öz daxili dünyası və ətrafındakı dünya ilə olan münasibətini tanımalıdır. Etdiyimiz hər şey bizə nəsə hiss elətdirir, öyrədir, inkişafımıza nəsə qatır. Bu düşüncələrdən yola çıxaraq öz şəxsi inkişaf yoluma
İşi düşəndə axtaranlara…
"İşi düşəndə səni axtaran insanları həyatından çıxar!" Mənasız məsləhətlərdə bugün. Bu haqda bir dəfə yazmışdım, yenə yazıram. Bezdim artıq hər yerdə bu şablon ifadəni görməkdən. Adamın adama işi düşər, biz insanlarla maddi/mənəvi işimiz düşdüyü üçün dostlaşır, münasibət qururuq. İşi düşmək ehtiyac duymaq deməkdir. Həyatın hər anında, hər sahəsində insanlara işimiz düşür. Hətta bir-birinə işi düşəndə axtaran insanların sayəsində həyatda qalmışıq. Kiməsə işiniz düşəndə utanıb, çəkinib uzun-uzun süni kef-hal soruşub sonra məqsədə gəlmək artıq nəzakətli hərəkət kimi sayılır. Mən konkretliyin tərəfindəyəm, salam, sənə buna görə zəng etmişəm, yazmışam deyib mövzuya girmək lazımdır. Mənim kontaktlarımda 300-dən artıq adam var, sırf işi düşəndə yazır kateqoriyasına girməmək üçün hər gün birinə mesaj yazmalı olsam bir il edir. Yəni eyni adama növbəti il mesaj yazıb kefini soruşa biləcəm. Yenə də işi düşəndə yazan adam siyahısına düşürəm. Üstəlik il boyunca hər gün səhər yuxudan duranda ağlımda bir şey olacaq: siyahıdakı filan adama yazıb kefini soruş, bəlkə nə vaxtsa işim düşdü. Digər tərəfdən bu qədər qayğıya, diqqətə ehtiyac varsa özün yazıb insanların kefini soruş, öz dərdini danış rahatla. Niyə oturub gözləyirsən ki, hansısa ildə bir gördüyün adam sənin dərdlərini soruşsun, düşünsün. Bu nə eqodur axı, səndən başqa heçkimin dərdi, işi-gücü yoxdur? Nəysə, söhbəti uzatmayım: Salam, sizə işim düşüb, dostlarınızı bu səhifəyə dəvət edə bilərsiz? t.me/virtual_agac
Çığırtı
Hamımız qışqırırıq sözün əsl mənasında da, məcazi mənasında da. Ünsiyyət qurmaq o qədər çətin hala gəlib ki, qarşı tərəfə fikrimizi çatdırmaq əvəzinə yeridirik, qışqıraraq özümüzü haqlı çıxarırıq. Doğru söyləyən yox, səsi çox çıxan haqlıdır. Bu vərdişimizi hər yerdə nümayiş elətdiririk, elə hey hardasa hansısa statusun altında kimlərsə
Balaca şahzadə kitabında qəhramanımız böyüklərin ancaq rəqəmlərdən danışmağından, hər şeyi rəqəmlə ölçdüyündən şikayətlənirdi. Kitabı oxuyan hamı kimi mən də bununla razılaşıb, özümü qəhramanın yerinə qoymuşdum. Əslində görmək istəməsəm də həqiqət mənim böyüklərin tərəfində olmağımdır. Mənim üçün vacib olan bir çox şeyi rəqəmlərlə ölçürəm. Ruh filmində Zona adlı bir yer var idi. İtmiş ruhlar bu zonada şüursuz formada o tərəf bu tərəfə get-gəl edirdilər. Bu ruhlar hazırda yaşayan insanların itmiş, pula, rəqəmlərə həsr olunmuş həyatlarının simvolu idi. Görəsən mən də ruhumu rəqəmlərə satmışam? Görəsən içimdəki balaca şahzadəni öldürmüşəm? t.me/virtual_agac
Salamlar, burda hansı profilləri izləməyi tövsiyə edərsiz?
Reklam
özünə yadlaşma - birinci hissə
İnsanın özünə yadlaşmasının əsasən mental olaraq baş verdiyini düşünürdüm. Əslində isə insan öz bədəninə də yadlaşa bilir. Bir çox mental(psixoloji) çətinliklərin kökündə fiziki bədənimizə qarşı laqeydliyimiz var. Kafka, Kamü, Sartr kimi yazıçı və filosoflardan danışmazdan əvvəl onların nə yediyindən danışaq. Kafka özü vegeterian olub və yediyi hər şeyə diqqət edib. Hətta Kafka fərqli pəhrizlər yoxlayarkən qəribə üsullara əl atmaqdan da çəkinməyib(qurdlardan istifadə). Kamü özü isə dünyada ən sağlam pəhriz növü sayılan Aralıq dənizi pəhrizinə oxşar qidalanıb. Mən əvvəllər bu yazıçıları oxuyanda yazdıqlarındakı pessimizmin təsirinə qapılıb, hər şeyin absurd olduğunu düşünürdüm(bura yeməklər də daxil idi). Məni həyatdan soyudan yazıçılar özləri yeməklərinə çox fikir verirmiş. Uzun-uzun oxumağa hövsələsi çatmayanlar üçün qısa özət: Qan şəkərinizə diqqət edin, lifli qidalar yeyin, şəkəri düşmən elan edin, un məmulatlarından uzaq gəzin, bol-bol su için, aralıqlı oruc tutun və gündəlik yüngül hərəkətlər edin. Bu saydıqlarımı etsəz ən az 5-10 il artıq və ən önəmlisi daha sağlam yaşayacaqsız. Zehni olaraq da özünüzü həmişə gümrah hiss edəcəksiz. Yazıda detallı olan mövzular: - Vitaminlər, minerallar - Su içməyin faydaları - İntermitent fasting (aralıqlı oruc) - Şəkər - insulin müqaviməti və diabet - Yağlar : Omeqa, doymuş yağlar, trans yağlar, palma yağı, xolestorol ➡️ Hamısını oxumaq istəyənlər üçün yazının ardı: link.medium.com/qACzUabRaGb t.me/virtual_agac
Ürək döyüntülərini göstərən bu diaqramda həmişə enişlər və yoxuşlar olur. İnsan öləndə bu diaqram düz xətt olaraq davam edir. Uzun zamandır emosional olaraq heçnəyin məni həyəcanlandırmadığını və ya kədərləndirmədiyini görəndə bu diaqram yadıma düşdü. Artıq əyləncəli və ya kədərli bir şey baş verəndə etdiyim tək şey bitməsini gözləməkdir. Bir təhər yola verim, bitsin və canım qurtulsun. Bir gün başa düşdüm ki, artıq heçnə hiss edə bilmirəm. Diaqramım uzun müddətdir düz xətt olaraq davam edir. Hər şey öz ciddiyətini, əhəmiyyətini itirib. Yaşamaq artıq dözməli olduğum hissiz bir şeyə çevrilib. Bəlkə də emosional olaraq ölmüşəm. Kinoda görmüşdüm, ölmüş adamları elektro şok verərək geri qaytarmaq olurdu. İndi axtarışa çıxmışam, məni özümə gətirəcək o şoku axtarıram. Bəlkə hələ o qədər də gec qalmamışam... t.me/virtual_agac
Gecə olanda elə bil bütün ümidlər, sevinclər də yatır. Qaranlıq düşəndə düşüncələrim də bədbinləşir. Gündüzlər qurduğum planlar, ümidlər, sevinclər şam işığı kimi yavaş-yavaş sönür. Gündüzlər özümə söz verirəm ki, bu axşam ümid haqqında düşündüklərimi hiss etdiklərimi bəzəkli-düzəkli yazacam, sonra təkrar-təkrar oxuyacam, hətta paylaşacam. Axşama
Yardım
Əvvəllər oxuduğum kitabları hədəf siyahısına düşmədən necə əlavə edə bilərm? Bilən varmı?
Salam
Hər kəsə salamlar, bu platformanı aktiv işlətmək qərarı aldım. Hansı kitabları tövsiyə edə bilərsiz?
Kitablardan, fəlsəfədən, filmlərdən və gündəlik düşüncələrdən danışırıq… t.me/virtual_agac