Tunay

Norveç rəqsi
Osloda qarşılaşdığım maraqlı rəqsin videosunu yutuba yüklədim. Baxmaq üçün: youtube.com/shorts/wlZaBrAYRGA
Tunay
youtube.com/shorts/khOvXOrZ...
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Sevinc

, bir kitap okudu
Puan vermedi·104 syf.·
2025 1. kitabı
Robert Louis Stevenson
7.8/10 · 27,1bin okunma
Tunay
çox gözəl kitabdır
Oblomov
Bir həftədir ki, Oblomov haqqında bir-iki söz yazmaq istəyirəm, amma heç cür hərəkətə keçə bilmirəm. Elə kitabın ilk 200 səhifəsində də Oblomov sadəcə yuxudan oyandıqdan sonra yataqdan çıxıb kresloda otura bilmişdi. Oxuduqca ürəyim sıxılırdı ki, bu adam haçan ayağa durub nəsə edəcək? Sonradan başa düşdüm ki, müəllif tənbəlliyi insan formasında təsvir edib və ona Oblomov adını verib. Kitabı oxuyandan sonra başa düşdüm ki, uzun müddətdir mənim içimdə böyük bir Oblomov yaşayırmış. İcazə versələr bütün gün oturub, nələrsə haqqında düşünər, uzun-uzun xəyallar qurar, bu xəyallarda biznes (startap) yaradar, yaxşı pul qazanar, sonra da köçüb kənd həyatında firavan yaşayardım. Bax oblomovun bütün işi bundan ibarət idi. Axşam yerinə uzananda fikirləşməkdən yorulmuş olurdu. Hələ prokrastıneyşın sözü bu qədər dəbdə olmayan vaxtlarda Qonçarov necə lazımdırsa təsvir edib. Roman oxumağı sevirsinizsə, estetik zövq axtarırsınızsa oxumaq olar. Lakin mənim kimi, məclislərdə adı keçəndə, mən də o kitabı oxumuşam, demək istəyirsinizsə vaxtınızı sərf edib 700 səhifə oxumağa dəyməz. Sizin üçün bir yaxşılıq edib, romanı iki cümlədə özətləyəcəm. Bunu bilsəniz, hər yerdə, Oblomovu oxumuşam, deyə bilərsiniz. Çox tənbəl bir adam var, o qədər tənbəldir ki, sevgilisini də, mülkünü də, öz həyatını da tənbəlliyə görə itirir. Qoçaq dostu (alman) onu hər çətinlikdən xilas etməyə çalışsa da, qəhramanımız Oblomovluq xəstəliyindən xilas ola bilmir. 🟩 t.me/virtual_agac
1000Kitap
VüsaIe Quluzadeh isimli okura yanıt verildi
Tunay
Həqiqətən də müəllif oxucunu da tənbəlləşdirməyə çalışırdı sanki. Çox yavaş gedirdi. Ən sonda kədərləndim Oblomov üçün :(
İçimdəki Mr Hyde
10/10
·104 syf.··
2025 3. kitabı
Hərdən yolunda gedən hər şeyi pozmaq , vaxt sərf etdib qurduqlarımı yıxıb, sonra da peşman olmaq istəyi gəlir. Öz qaydalarımı pozub, özümə qarşı çıxım. Bu istək hardan gəlir bilmirəm, başqaları bu istəklə necə bacarır onu da bilmirəm. Görünən odur ki, tək mən öz içimdəki bu qaranlıq, zərərverici güclə mübarizə aparmıram. Yenicə bitirdiyim Dr Jekyll və Mr Hyde-ın qəribə hekayəsini çox bəyəndim. Müəllif insanın içindəki bu qaranlığı çox yaxşı təsvir edib. Hekayədən danışmazdan əvvəl, Platonun bu mövzudakı fikirlərinə baxaq (hət mövzuda olduğu kimi). Platonun araba alleqoriyası. Platon deyirdi ki, yaşamaq iki atın qoşulu olduğu bir arabada səyahət etməyə bənzəyir. Atlardan biri ağdır, digəri qara. Biz isə arabını idarə edirik. Ağ at içimizdəki fəzilətin, yaxşılığın, qara at isə çirkin, qaranlıq arzularımızın simvoludur. Arabaçı yoluna davam edə bilmək üçün gərək atların ikisini də nəzarətdə saxlasın. Əgər atlardan birinə idarəni verib digərini öldürsək, onda araba aşacaq. Maraqlıdır ki, burda qara atın inkarı yox, varlığının qəbul olunması və nəzarətdə saxlanılması vurğulanır. Hamımızın içində qaranlığa meyil var, əgər biz bunu inkar edib, görməzdən gəlsək arabadan yıxıla bilərik. Dr Jekyll və Mr Hyde Dr. Jekyll öz laboratoriyasında kəşf etdiyi xüsusi bir məhlul sayəsində axşamlar başqa bir insana çevrilir. Mr Hyde adlandırdığı bu adam, şəhərə çıxıb, hər cür çirkin əməllər törədir, öz qaranlıq arzularına azadlıq verir. Dr Jekyll öz içindən çıxan bu çirkin məxluqa heyrətlə baxır, amma həm də onu qəbul edir. Zaman keçdikcə Mr Hyde daha ciddi pisliklər edir və artıq idarəni öz əlinə alır. Dr Jeykll yavaş-yavaş çevrilib olur Mr Hyde. Platonun dili ilə desək qara at arabanın idarəsini ələ alır və Dr Jeykll arabadan yıxılır. Bu hekayə The Substance filmində də çox ətraflı
Alıntı
Dr. Jekyll ile Bay HydeRobert Louis Stevenson · Türkiye İş Bankası Kültür Yayınları · 202427,1bin okunma
Sevinc isimli okura yanıt verildi
Tunay
Təşəkkür edirəm, oxumaqda uğurlar!

Nəzakət Nəsibli isimli okura yanıt verildi
Tunay
Razıyam. Əslində araba alleqoriyası da dualizmin başqa formada təsvirirdir. İnsan öz içindəki, ağı da, qaranı da qəbul edəndə yetkinliyə yaxınlaşır deyəsən.