Asya İlyassoy

"Kronşounun xalçası"
...Xalça toxuyan xalçaya o naxışları vuranda heç 1 məqsəd güdmür, sadəcə, öz estetik tələbatını ödəyir, insan da öz həyatını eynən beləcə yaşaya bilər. Əgər o hesab edirsə ki, öz hərəkətlərindən azad deyil, qoy onda öz həyatına hazır naxış kimi baxsın, dəyişə bilməyəcəyi naxış kimi. İnsan heç kimi məcbur etmir ki, öz həyat naxışlarını özü toxusun, buna heç gərək də yoxdur – o isə bunu yalnız öz zövqü üçün eləyir. Həyatının cürbəcür hadisələrindən, işindən, hiss və düşüncələrindən o, naxışlar toxuya bilər, bu naxışlar adi, məzəli, mürəkkəb, ya da gözəl ola bilər, qoy lap illuziya olsun, guya naxışların seçilməsi onun özündən asılıdır, qoy lap fantaziya olsun, Ay işığında xəyalların arxasınca qaçmaq olsun, iş bunda deyil. Əgər ona belə gəlirsə, demək onun üçün bu, əslində, belədir. Biləndə ki, heç nəyin mənası və əhəmiyyəti yoxdur, həyatın sonsuz xalısına seçdiyi naxışları vuran insan, hər halda, məmnunluq tapa bilər,çünki həyat əvvəli yox, sonu yox olan bir çaydır və o heç bir dənizə tökülmür ".
Sayfa 638·Kitabı okudu
Reklam
"...Əgər həyat mənasızdırsa, onda dünya belə qəddar ola bilməz... İnsan nəhəng burulğan ağzında bir qum dənəsidir, bir anlığa yerin üzünə çıxır, əgər o başa düşsə ki, xaos da heçdir, bax onda güc, qüvvə qazanır".
Sayfa 637·Kitabı okudu
"Müdrik cildin bütün mənasını bir cümlə ilə ifadə edib dedi: insan doğulur, əzab çəkir, ölür. Demək, həyatın heç 1 mənası yoxdur, insanın varlığı məqsədsiz, nəticəsizdir. Onda nə fərqi varmış – insan doğuldu, ya doğulmadı? Yaşayır, ya ölüb? Həyat mənasızdır, ölüm nəticəsiz..."
Sayfa 637·Kitabı okudu
— Of... Məgər həyatı bilmək olur ? Baş çıxarmaq olur ? Ta öz başına gəlməsə, bilməzsən! ( Mildred)
Sayfa 541·Kitabı okudu
"Parisdə o dərk etmişdi ki, eybəcərlik, ya da gözəllik-zad yoxdur, yalnız həyat var! Gözəllik dalınca qaçmaq axmaq sentimentallıqdır!"
Sayfa 532·Kitabı okudu
Reklam