Inci DERYA

Inci DERYA
@Inciderya
EDEBIYYAT, SOZ VURGUNUYUM.....
EDEBIYYAT
YUKSEK
BAKU
TIFLIS
162 okur puanı
Ağustos 2015 tarihinde katıldı
"....Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin
Sayfa 7 - kitap·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
".....-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu...”- aparıcının səsi eşidildi. - Pozmadıqları gün olur ki? - Seyid ayağa durdu. Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi... Az qala bütün bilindaj silkələndi. -Pozublar, pozublar... Qurban olum, ay Allah, sən özün mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” Əmrini versəydi!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü... "
Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdf·Kitabı okudu
AĞ ÇİÇƏYİM Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim! Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, GÜN AYDIN, ay Ağ çiçəyim!!!
http://azpress.az/index.php?lang=az&sectionid=news&id=40995
"Baxmayaraq ki, Emmanuil Kazakoviç müharibəyə peşəkar əli qələmli ədəbiyyatçı kimi çağrılmışdı cəbhədə o bu vəziyyətdən bir dəfə də olsun istifadə etməmiş, o qanlı-qadalı illərdə təmiz və şərəfli xidmət yolu keçmiş, yalnız müharibə bitdikdən sonra yalnız peşəkar hərbiçilərin bələd ola biləcəyi xırda və vacib detallarla zəngin ölməz sənət əsərləri yaratmışdır. Məhz buna görə onun yazdıqları dövrünün digər sovet yazarlarının yazdıqlarından fərqlənirdi...."
Sayfa 3 - A. Tvardoviskiy "Sovet Yazarları" 1972.