"Bu adamlar bəzən arvadlarına sadiq qalmırlar, lakin öz ailə ocaqları və arvadları onlar üçün daima müqəddəs bir şeydir. O biri qadınlara yaxın olsalar da, onlara həqarət gözü ilə baxırlar və bu qadınlar ailə həyatına əngəl olmurlar. Bu adamlar həmin qadınlarla ailə arasında keçilməz bir hüdud çəkirlər. Mən bunu başa düşmürəm, ağlıma sığışdıra bilmirəm, lakin bu, həqiqətdir."