Capricorn.

Capricorn.
@Isimsiz923
Dərdə baq, millətə baq, niyyətə baq! Ölülərdən ölülər feyz alacaq!
34 okur puanı
Ocak 2023 tarihinde katıldı
Reklam
Və həyat davam edirdi. Öz kədəri və sevinci ilə... Ağrı-acısı və fərəhi ilə... Pislikləri və yaxşılıqları ilə...
Lakin birinin səni sevdiyini və özünün də ona eyni hissi bəslədiyini bilmək nəyə desən dəyərdi. Belə halda ətrafında gördüyün hər şey sənin üçün yeni məna daşıyır. Həyatının özü də...

Okur Takip Önerileri

Tümünü Gör
Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də, bir şeyi dəqiq bilirəm: elə adamlar var ki onlar xəyanət etməyi sadəcə olaraq bacarmırlar!
Bu dünyada, həqiqətən, ədalət var. İnsanların ədalətindən qaçmaq mümkün olsa da, ilahi ədalət qaçılmazdır və o, nə vaxtsa öz yerini mütləq tapacaq.
Reklam
Özünü boşluq da hiss edirdi, ya da tənhalıq... bir də bu tənhalığı doldura biləcək o yeganə şəxsi tapmaq hissi...
Sayfa 52
Öz-özümə təəccüb edirdim ki, mən necə belə bir risk edə bilirəm. Ancaq inanın mənə, məhəbbət insanın gözünü kör edib, ağlını başından ala bilir.
Sayfa 178
İnsanın etdikləri heç bir zaman cavabsız qalmır. Həyat tennis topunu geri qaytaran divar kimi etdiyi əməlləri ona geri qaytarırdı..
Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır.
Bəli, insan psixologiyasının daha bir qəribə mürəkkəbliyi idi bu: iki nəfər arasında yaşanmış və hər iki nəfərə sonsuz həzz vermiş münasibət kənardan baxan üçüncü şəxsə iyrənc görünə bilirdi. Ən pisi də bu idi ki, həmin üçüncü şəxs özgə deyildi..
Reklam
Həə... Bizi həmişə kiminləsə əvəz edə bilərlər. Bu, təbiidir. Təbii olmayan bunun sənə fürsət vermədən, səni anlamadan, nə qədər iztirab çəkəcəyinə əhəmiyyət vermədən edilməsidir..
Sayfa 190
Anlayırdı ki, bir insanı nə zamandan bəri tanımağın mühüm deyilmiş. Əgər o adamı unuda bilmirsənsə, onun üçün darıxırsansa, deməli, o artıq sənin qəlbində özünə yer edib, ruhunun dərinliklərinə vara bilib. Bunun üçün bəzən bir həftə, bir neçə gün belə kifayətdir. Həm də anlamışdı ki, xoşbəxt olmaq üçün sadəcə yanında səni sevən insanın olması kifayətdir...
200 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.