Capricorn.

Capricorn.
@Isimsiz923
Dərdə baq, millətə baq, niyyətə baq! Ölülərdən ölülər feyz alacaq!
34 okur puanı
Ocak 2023 tarihinde katıldı
71 syf.
·
Puan vermedi
·
10 saatte okudu
Həddindən artıq fədakarlığın gətirdiyi vəfasızlıq...
Sevgi üçün hərşeyi gözə alan ve təsirlənmiş bir qadının xəyal qırıqlığı və məyusluqla nəticələnməsi, hərşeyi gözə almağı düşündüyü kişi tərəfindən yanılmağı ve günün birində öldüyü xəbəriylə rahatlaması, sevgi ve gözəl sözlərin aldadıcı təcrübəsini öyrətməsiylə də bambaşqa hislər oyadan Stefan Zweig həqiqətən təsirləndirici bir kitap qazandırıb bizlərə. Yalnızlıq, dışlanmışlıq hissini dibinə qədərr yaşadım.. "Ağzından bircə söz çıxsa, mənə doğru bir addım atsa, məni başa düşməyə çalışsa, o an bütün qəlbimi ona verərdim..."
Stefan Zweig
Stefan Zweig
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020127,8bin okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
25 saatte okudu
"Yoq kimsədə mərhəmətlə vicdan, İnsanlığı həp unutdu insan." Hüseyn Cavid yaradıcılığında "İblis" faciəsinin xüsusi yeri vardır. Görkəmli ədib bu əsərində, ilk növbədə, müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələri əks etdirmişdir. Faciənin qəhrəmanı Arif olmuşdur. O həyatı dərk etməyə çalışan, mənəvi saflığını qorumağa can atan bir gənc kimi diqqəti cəlb edir. Haqq ədalət axtarışına çıxsa da sonunda zəif iradəsinin qurbanı olaraq, qardaşının və Xavərin qatili olur. "İblis" pyesində real müharibə səhnələri, gerçək döyüş vəziyyətləri yoxdur. Fikrimcə, Ümumi ədəbiyyatda "İblis" pyesi mükəmməliyi ilə bənzərsizdir. Bir sözlə Hüseyn Cavid deyib susuram... "Susmaq, o da başqa dürlü fəryad Həp bənliyim oldu sanki bərbad."~Arif :)
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019662 okunma
90 syf.
10/10 puan verdi
·
Beğendi
Heç bir şəkildə sıxılmadan, bir gündə bitirdiyim, məni heç yormayan, bitməsini heç cür istəmədiyim bir kitab idi. Düşüncələrə boğan, Bütün hadisələrə fərqli bir baxış açısı qazandıran mükəmməl bir əsər oldu. Əsərin qəhrəmanı ölümü ağır həyatdan üstün tutsa da, ölümə yaxınlaşdıqca, ağır həyatı arzulayır.. Əsərin ən təsirli məqamlarından biri də məhkumun qızı ilə son görüşü idi. Bu görüşün ən təsirli tərəfi isə atasını tanıya bilməməsi idi. Mütləq oxunması gərəkən tək kitab ola bilər
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2023121,5bin okunma