"Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən çox xoşbəxt idilər. Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim"
Təəssüf ki dövrümüz insanı düşünməkdən çox məşğul olmağa yönəldir və bu kitab bunları bizim qarşımıza qoyur. Maraqlısı odur ki, öz axtarışlarımızla biz nəyi hədəfləyirik? Nə üçün yaşayırıq və məqsədlərimiz nədir?