Vuصal Huseynoو

Vuصal Huseynoو
@Jackfrost
Argumentum Ad Ignorantiam
Musa Yaqub
Tənhalığın üsyanı Hər şey qaldı arxada, Hər şey qaldı geridə, Neçin könlüm darıxqan, Tarimardır bu yerdə – Evdən-eşikdən kənar, Son tüstüsü buğlanan, Ürəyim sönük fanar… Ya bilmirəm soluxmus bir payız bənövşəsi, Ya bəlkə tək bulağam, Üzündə buz şüşəsi – Bir əl toxunsa əgər Ya sınar, ya əriyər Bir də soyuyub gedər Könlüm uyuyub gedər…
Reklam
Böyük ustad Məhəmməd Hüseyn Şəhriyarın yazdığı kəlimələr:
Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı yox nə qaraltı, nə də bir səs, Batmış qulağım gör nə düşürməkdədi darı. Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən, Məndən aşağı kimsə yox, ondansa yuxarı. Qorxum budu yar gəlməyə birdən açıla sübh Bağrım yarılır, sübhüm açılma səni tarı. Dan ulduzu istər çıxa, göz yalvarı çıxma! O çıxmasa da ulduzumun yoxdu çıxarı. Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, Qaş böylə ağardıqca, daha qaş da ağarı. Eşqin ki, qərarında vəfa olmayacaqmış, Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? Sanki xoruzun son banı xəncərdi soxuldu, Sinəmdə ürək varsa, kəsib qırdı damarı. Rişxəndilə qırcandı səhər, söylədi: durma! Can qorxusu var eşqin, uduzdun bu qumarı. Oldum qara gün ayrılalı, ol sarı teldən, Bunca qara günlərdir edən rəngimi sarı.
Səməd Vurğun
Mən Məcnunam orduların sərkərdəsi bir dilbərə, Məhəbbətin dərmanı yox, üz tutsam da təbiblərə Ya can versin canan mənə, Ya tapşırsın quru yerə...
“İnsanlar genellikle bir günün renklerini sadece gün başlarken ve sona ererken fark ediyorlar, ama benim için günün her anı, her dakikası değişen, iç içe geçen yığınla farklı renk tonu içeriyor. Tek bir saat bile binlerce değişik renkten oluşabilir. Mumsu sarılar, bulutsu maviler. Kasvetli karanlıklar"