Jalə

Jalə
@Jaliis
Martin İden
5/10
·420 syf.··
2026 1. kitabı
·
43 günde okudu
·
Okunma: 16 Mayıs 2026 22:13
Deməli belə nəhayət ki uzun müddətdən sonra bitirə bildim. Mənim cahilliyimdəndirmi , tərcümədə bilmədiyim sözlərin və ya yorucu mürəkkəb cümlələrin çoxluğundandırmı, ya bəlkə yazıçının öz sıxıcı təhkiyəsindəndirmi bilmirəm amma səhifələri bir-bir saya-saya oxuyurdum ki, nə vaxt bitəcək. Bir də ki oxuduğum nəşrdə şriftlər çox kiçik idi, səhifə boyu uzun, bəlkə də ona görə qurtarmaq bilmirdi...Əsərdə bir kuliminasiya nöqtəsi olmalıdır, məncə bu romanda o çox gec gəldi. Martin maraqlı obrazdır, roman da olduqca realdır, uşaq vaxtı oxusa idim yəqin deyərdim ki Ruf haqsızlıq elədi, gərək çətin vaxtında da onun yanında olardı. Amma böyüdükcə insan başa düşür ki hər şey məhəbbətdən ibarət deyil. Həm də belə baxanda axı Ruf Martini heç sevmirdi də. Niyə axı ona dözməliydi? Ruf ona sadəcə heyranlıq duyurdu, elə Martində də eyni idi.. Bir də ki axı ilk Martin "aşiq olmuşdu", bu səbəbdən qızla daha çox vaxt keçirmək üçün çalışanda qızı da özünə aşiq etdi(məncə). Yəni yenə də Rufu günahkar hesab etmək olmaz, ən başda isə ona görə ki, Ruf axı hələ körpə idi, o sadəcə burjuaziya nümayəndəsi ailəsinin aşıladıqlarından başqa bir həqiqətlə tanış deyildi. Martinin burjuaziyaya, bayağılığa nifrət etməsi kitabın ana mövzusudur, amma yenə də haqqında fikir yürütdüyü şairlərin, ədiblərin başlıca Spenser olmaqla heç biri haqqında məlumatımın olmamağı bu mövzularda Martinin həqiqətən nə düşündüyünü, nə demək istədiyini, nəylə mübarizə apardığını tam olaraq müəyyən etməkdə çətinlik yaratdı. Brissenden obrazının gəlməyi ürəyimi isitmişdi, çünki Martini anlayan yeganə adam o idi. Bəlkə də o yaşasaydı Martin də yaşayacaqdı... Kitabın sonlarında Martinin duyğuları daha real təsvir olunmuşdu məncə, ən azından sonları mənə təsir etdi ona görə. Belə, ümumilikdə sıxıcı gördüm, linçləməsəniz belə
Martin İdenJack London · TEAS Press · 0135,1bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Mənim şirin portağal ağacım
9/10
·200 syf.··
2025 12. kitabı
Bu kitaba qarşı çox önyarğılı idim, elə bilirdim uşaq kitabıdır. Düzü yazıçı elə uşaq dilində yazıb, "uşaqca" yazılsa da, ifadə olunan fikirlərin dərinliyi "böyükcə"dir. Bitirdikdə çox pis olmuşdum. Ağrını bilən bir oğlanın həyatı Hər kəsin qəlbinə toxunacaq bir kitabdır.
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022275,3bin okunma
Bilinməyən bir qadının məktubu..
7/10
·64 syf.··
2025 10. kitabı
Mən bu kitabı türkcə oxudum. Düzünü desəm, qətiyyəsizliklə almışdım və bəyənməyəcəyimi düşünürdüm. Oxumağa da həvəssiz başladım. Amma yanıltdı məni. Əlbəttə möhtəşəm kitabdır deyə bilmərəm, amma gözlədiyim qədər sıxıcı və maraqsız da olmadı. Bir çox səhifələrində həqiqətən qadının yaşadıqlarından mütəəssir oldum. Əsər başdan-sona adı məlum olmayan bir qadının sevdiyi adama yazdığı məktubdan ibarətdir. Məzmunu qısaca desəm; Qadın uşaq yaşlarındaykən binalarına gənc bir oğlan köçür. Bu kiçik qız ilk baxışdan oğlana böyük sevgiylə tutulur. İlk vaxtlar bu sadəcə bir uşaq marağı və həvəsi kimi görünsə də böyüdükcə "takıntı" halına gəlir və həqiqi qadın sevgisinə çevrilir. İş o həddə gəlir ki, illər sonra qadın kişidən hamilə qalır və ondan bir oğlan uşağı dünyaya gətirir. Lakin kişi heç bir zaman birlikdə olduğu qadının illər əvvəl eyni binada qaldığı kiçik həvəskarı olduğunu anlamır və uşaqdan heç vaxt xəbər tutmur. Çünki araya çoxdan uzaq məsafələr girmişdi. Beləcə qadın illərlə sevib , hava kimi, su kimi istədiyi adamın həsrətilə ondan uzaqda onun oğlunu böyüdür. Amma heç vaxt kimliyini bəlli etmir. Sonda-sevdiyi insandan yeganə yadigar qalan oğlunun öldüyünü görəndə kişiyə məktub yazmaq və ona bütün hisslərini bildirmək qərarına gəlir. Məktubda isə bildirir ki, bu məktub ona ölümündən sonra çatmış olacaq... Əvvəl oxuyanda dedim ki, bu kitab mənə görə deyil. Bir qadın bir kişiyə olan "takıntılı" və "şişirdilmiş" sevgisi. mənə görə bu həyatda heç kəs birini bu qədər sevməməlidir. Ümumiyyətlə, bu sevgi deyil, bu sadəcə psixoloji zəifliyin təzahürüdür. Əslində bitirəndən sonra da bu fikirdəyəm, amma daha qadını qınamıram. Anlayıram onu. Qadını qınaya bilmirəm, çünki o öz sevgisi ilə özündən başqa heç kəsə bir zərər vurmadı. Kənarda sakit, səssiz öz
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Martı Yayınları · 2018266,6bin okunma
Danabaş kəndinin əhvalatları
8/10
·144 syf.··
Beğendi
·
2025 2. kitabı
Müəllifin "Ölülər"dən sonra oxuduğum ikinci kitabı idi. Hər iki kitabın da əsası satirik formada ədəbi tənqiddir. Satira yazmaq gəlin qəbul edək ki, məhz Cəlil Məmmədquluzadənin işidir. "Ölülər" əsəri ilə məzmun bənzərliyinə görə elə ikisini də yaxın ballarla qiymətləndirdim. Əsər olduqca axıcı idi. Yanlış dini inanclarla idarə edilən cahil bir cəmiyyəti tənqid edən bu əsəri bəyəndim. Məzmun: Adından da bəlli olduğu kimi kitabda "Danabaş" adında İrəvan ərazisində yerləşən bir kənddə baş verən hadisələr haqqında danışılır. Əsərdə Məhəmmədhəsən adlı yaxın zamanda eşşəyi ilə Kərbəlaya ziyarətə gedəcək bir obraz, Zeynəb adlı ərini yenicə itirmiş bir qadın obrazı, Xudayar bəy adlı gözü dünyasını dəyişmiş dostunun xanımına düşən tamahkar bir obraz və bir qədər yan obrazlar var. Əhvalata görə, vaxtilə Heydərqulu bəyin arvadı Zeynəb və Xudayar bəyin arvadı Şərəf eyni vaxtda hamilə olurlar. Bu zaman Xudayar bəy təklif edir ki, madam ki eyni vaxtda doğuş edirlər, qoy uşaqları "siğə" olsun. Beləliklə ilk "alış-veriş" burada başlayır... Gün gəlir Heydəqulu bəy ölür, xanımı Zeynəb biri oğlan ikisi qız olmaqla 3 uşaqla dul qalır. Lakin sən demə Xudayarın Zeynəbdə gözü varmış... Əri ölən gündən təkidlə Zeynəbə elçilər yollayır və onu siğə etmək istədiyini deyir. Amma Zeynəb heç cür razılıq vermir. Xudayar məcbur olur ki, qızı ilə dostunun oğlunun siğə əhdini pozmaqla Zeynəbi hədələsin. Lakin Zeynəb buna baxmayaraq yenə də razı gəlmir. Elə bu dəmlərdə Xudayar yaxın zamanda eşşəyi ilə səfərə çıxacaq olan Məhəmmədhəsən əminin eşşəyini bir günlük götürməyi xahiş edir. Amma bir gün olur bir ay...Beləliklə səfərə çıxmaq istəyən bəyin işi yarımçıq qalır və evdə də eşşəy üstündə dava düşür. Xudayar isə axırı Zeynəbi əldə etmək üçün yalançı şahid və yalançı vəkillərlə
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
Abaddon
10/10
·384 syf.··
Beğendi
·
2025 9. kitabı
Rövşen Abdullaoğlu Rövşən Abdullaoğlunun aldığım ilk əsəri idi. Daha öncəkiləri oxusam da bu öz kitablarım olmayıb. Nə yaxşı ki də aldım! Kitab çox axıcı idi çox tez bitirdim. Bu əsəri digər oxuduqlarımdan daha çox sevdim. "Relslər üzərinə uzanmış adam"dan belə.. "Abaddon" psixoloji-detektiv janrında bir romandır. Əsər silsilə qatilin törətdiyi növbəti qətl hadisəsinin cinayət yerində araşdırılması ilə başlanır. Hadisələr İrlandiyanın Kork şəhərində baş verir. Silsilə qatil artıq neçənci dəfədir ki, oxşar xarici görünüşüə malik qadınları taparaq ağlasığmaz və amansız üsullarla öldürür. Qatilin kimliyini müəyyən etməkdə çətinlik çəkən şəhər polisləri paytaxt Dublindən Şon Onil adlı müstəntiqin bu işi çözmək üçün gəlməsinə səbəb olur. Yazıçı əsərində müxtəlif zaman və məkanlarda fərqli hadisələrə toxunaraq oxucunun fikrini yayındırır. Son səhifələrə kimi "qatil (ya da qatillər) axı kimdir?" sualı beynində dolanır. Eyni zamanda "görəsən bu hadisələrin bir-biri ilə və qətllə, qatilin kim olduğuyla nə əlaqəsi var?" sualı da.. Lakin sonda savadlı kriminal psixoloq Erin Parker və işində peşəkar müstəntiq Şon Onilin birgə səyi nəticəsində caninin kim olduğu müəyyən olunur. Amma bu qatil digər detektiv kitablarda olanlara bənzəmir... Əsərdə eyni zamanda Erinlə Onilin sevgi münasibətinə də azca yer verilib. Həmçinin Onilin daxili ədavəti də öz əksini tapır. Kitabda sevdiyim hissələrdən biri "Səmtslik effekti" idi, biri də dinin əslində elmə zidd olması anlayışının "düzəldilməsi" idi. Burda teoloq yazıçı yenə də öz zəkasını göstərib. PS: Kitabı 2 dəfə oxumuşam. İlkində Reyə yazığım gəlmişdi. İkinci dəfə oxuyanda isə əslində Reyin uşaqlıqdan satqın və zəif xarakterli olduğunu anladım. Amma sonluq belə olmamalıydı... 10/10.
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma