Özüm üçün not kimi yazmaq istəyirəm bura. Baxdıqca xatırlayım deyə...
Bu qarışıq, qorxulu və hər an hər şeyin başa verdiyi dünyada kiçik dünyamızda, sevdiyimiz və səmimi insanlarla gözəl vaxt keçirmək varkən, kinli, pis niyyətli və ya həddindən artıq qürurlu olmaq nəyə gərək? Onsuz da hər şey bitəcək. Özü də anidən.
Kitab mənə hər səhifəsində xatırlatdı ki, sevdiklərimizlə hər anı dolu-dolu yaşamalıyıq. Çünki belə anlar bir də qayıtmır və yeri dolmur.
Hiss edərək oxumağınızı tövsiyə edirəm.
Culiya, insan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq, zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi adam olur.