Dəhşətli dərəcədə maraqlı olduğunu düşünmədiyim, bəzi obrazların və dialoqların məni qıcıq etdiyi, amma yenə də insanda maraq oyada bilən kitab idi, mənə görə. Çatışmayan hissələr olmasına baxmayaraq, kitabda təsvir olunan sevgi hekayəsi təsirli idi. Baş verənlərlə yanaşı, oxuculara hər anımızın dəyərli olduğunu, onu dolu-dolu yaşamağımız lazım olduğunu çatdırırdı. Mark Levinin "Bir-birimizə demədiyimiz sözlər" əsərində də eyni motivlər var idi. Hər bir halda, belə motivli kitablar oxumaq, bizə həqiqətən yaşamalı olduğumuzu xatırladır.