Jane Eyre

Jane Eyre
@Janette_
Bir kitabdakı obraz olmaq istərdim; heç nəfəs almayıb çox nəfəs aldıran...
-Mən onu tələbə vaxtlarında bir az tanıyırdım. -O zaman tələbə sənə necə təsir bağışlayırdı? -Yaxşı... Mehriban, nəzakətli, təvazökar bir oğlan idi. -Bəs indi ? -İndisi barədə bir söz deyə bilmərəm. -Nə üçün? -Çünki indi adamlar yüksək vəzifəyə qalxanda, onlarla bizim-adi adamların arasında bəzən bir sədd yaranır. Onların nə elədiklərindən, nə işlə məşğul olduqlarından xəbərimiz olmur. Biz onların yalnız adlarını eşidirik. "Məhv olmuş gündəliklər"
Reklam
Fəxrəndə: Sabir kimi, Mirzə Cəlil kimi qələm əhliləri kənd camaatını yolundan sapdırıb, bizim əleyhimizə qaldırır. Siz ziyalı bəylər isə, ağzınıza su alıb susursunuz... Böyük bəy: Bilirsənmi, Fəxrəndə xanım, mərhum Mirzə Ələkbər Sabir də, Cəlil Məmmədquluzadə də qiymətli adamlardır. Fəxrəndə: Qiymətli adamlardır? Böyük bəy. Bəli... Əgər, onlar Avropada olsaydılar, kəlamlarını qızıla tutardılar.... Fəxrəndǝ: Zadəganları, ruhaniləri ələ saldıqlarına görə? Böyük bəy: Yox, millətin tərəqqisinə çalışdıqlarına görə. Mən özüm də millətin inkişafı naminə avamlığın, cəhalətin, acgözlüyün qamçılanması tərəfdarıyam. Mən millətimizin cəsur oğulları ilə fəxr edirəm. "Mahnı dağlarda qaldı"
Sayfa 70·Kitabı okudu
Puan vermedi·280 syf.··
2023 17. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Temmuz 2023 20:20
Düşünürəm ki, kitab oxuyuruqsa ilk növbədə öz milli ədəbiyyatımıza müraciət etməli, şair, yazıçı qələmi ilə tanış olmalıyıq. Həqiqətən öz ədəbiyyatımızda heç bir xarici ədəbiyyatda rastlamadığım doğmalıq özünü göstərir. İlyas Əfəndiyev da mənim üçün belələrindəndir. Gözlərin dolar, hönkürüb ağlamaq istərsən, bu millət bu xalq haralardan haralara gəlib deyə ürək yanğısı çəkərsən, bütün milli mənliyin ilə hiss edərsən, duyarsan... sözlər ifadə etməyə yetmir, əziz yazıçım) Ədəbiyyatımız sizlər olmadan necə olardı axı...
Seçilmiş Əsərləri 1. Cildİlyas Efendiyev · Avrasiya Press Nəşriyyatı · 2005122 okunma
Ölkədə baş verən bu hadisələrin sonu nə ilə qurtaracaq, ilahi? İnsanların mənəvi gözəllikləri məhv edilir. Ədəbiyyat, incəsənət saxtalaşdırılır. Xalqın həqiqi ziyalıları, istedadlı yazıçıları, şairləri, sənətkarları həbsxanalar küncünə atılır, məhv edilir, güllələnir, sıradan çıxarılır. Əvəzində isə, xalqına, millətinə alçaq böhtanlar yazmaqla mənsəb, vəzifə qazanan alçaq millət satqınları, adlarını yazıçı qoyan alçaq cızma-qaraçılar vəzifə qazanır, irəli çəkilir. Bütün bu işlərin sonu nə ilə qurtaracaq, ilahi? Nə ilə? "Sevgililərin cəhənnəmdə vüsalı"
Bir ziyalı «xalq düşməni» yüz avam kulakdan qorxuludur... Hüseyn Cavid... Əhməd Cavad... Mikayıl Müşfiq, professor Bəkir Çobanzadə kimi xalq arasında nüfuzu olan belə pantürkistlərin hərəsi Sovet Azərbaycanı üçün bir təhlükədir! "Sevgililərin cəhənnəmdə vüsalı"
Reklam