"Söyüdlü Arx"- niyə məhz söyüdlü Arx?
Adının altındakı məna hər zaman diqqətimi çəkib, Əsərdə "Söyüdlü arx" bir körpü kimi, bir sevgi bağı kimi insanları bir-birinə bağlamaqda ən böyük vəzifəni yerinə yetirir...nəzərimdə "Söyüdlü arx" sevgi, dostluq, birlik rəmzidir...
Əsər çox axıcıdır, hadisələr ardıcıl şəkildə oxucunun marağına səbəb olur. Romanda hadisələr teatr institutunu yenicə bitirmiş gənc Nuriyyənin Güney qışlağa göndərilməsi ilə başlayır. Daha sonra kənddə mədəniyyət sahəsində Nuriyyənin həyata keçirdiyi yeniliklər, incəsənətə, teatra, mədəniyyətə xüsusi qayğısı, onun kənd əhalisi tərəfindən rəğbətlə qarşılanması, və nəhayət başqalarının səadəti uğrunda özünün "fəda" adlandırmadığı fədakarlığı...
Nuriyyə sadəcə sözdə deyil əməldə də mənliyini ortaya qoymuş tipik Azərbaycan qadının ümumiləşmiş obrazıdır. Ürəyinin səsini ağlının qışqırıqları ilə lal edən Nuriyyə oxucunu riqqətə gətirməyi bacarır...
Ümumilikdə əsər bəzi ictimai mətləbləri də nəzərə alınmaqla çox təsirli, oxunması və dərs alınması lazım olan incilərdəndir...
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,309 okunma
Birdən bu kiçik hadisə nə üçünsə xəyalımı çəkib insanların hələ Yer üzündə yaşamadığı zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi?