Qolu boş idi. Soruşdum ki, saatın hanı?
Çox etinasızlıqla dedi: "Uşaqların birinin xoşu gəldi, baxmaq üçün aldı, mən də dedim ki, sənin olsun"
Hirslənib dedim: “Əli, o bizim əqd mərasimimizin hədiyyəsi idi. Məkkə təbərrükü idi. Atam onu çox həvəslə kürəkəninə almışdı. Orijinal rado idi".
Başını yelləyib dedi: "Bu saatlardan o qədər olacaq, biz olmayacağıq. Nə qədər bacarırsan, könül al!"