Xalidə Ağayeva

Xalidə Ağayeva
@Khalida97
5 okur puanı
Mayıs 2026 tarihinde katıldı
Şu anda okuduğu kitap

Xalidə Ağayeva

, bir kitap okudu
Puan vermedi·79 syf.·
2026 17. kitabı
Bayramova Səbinə
9.3/10 · 9 okunma
Reklam

Xalidə Ağayeva

, bir kitap okudu
Puan vermedi·140 syf.·
2026 16. kitabı
Elçin Asifoğlu
8/10 · 7 okunma
Puan vermedi·208 syf.··
2026 15. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Haziran 2026 18:04
Bəzən insanın qarşısındakı ən böyük maneə şərait deyil, öz içindəki tərəddüd olur. Kitab mənə yeni yanaşmalar öyrətmədi, amma bildiyim bəzi həqiqətləri unutduğumu xatırlatdı. Həyatın müxtəlif dövrlərində o qədər düşünür, o qədər gözləyirik ki, addım atmağın özünü unuduruq. Halbuki çox vaxt qaçırdığımız fürsətlərin səbəbi bacarıqsızlığımız deyil, tərəddüdümüz olur. Müəllifin qələmində ən çox bəyəndiyim cəhət fikirlərini nəzəri izahlarla deyil, həyatın içindən gələn nümunələrlə əsaslandırması oldu. Oxuduqca insan özünü analiz edir, hansı məqamlarda geri çəkildiyini, hansı fürsətləri sadəcə cəsarət etmədiyi üçün əldən verdiyini düşünür. Mənim üçün “Çəkinmə, addım at” motivasiya kitabından daha çox bir xatırlatma idi. Həyat mükəmməl anı gözləyənlərə yox, ilk addımı atanlara yol açır. Bəzən insanın həyatında böyük dəyişiklik yaradan şey uzun planlar deyil, vaxtında atılmış kiçik bir addım olur. Bu kitabı bitirdikdən sonra məndə qalan əsas fikir belə oldu: həyat, planlaşdırdıqlarımızdan çox, həmin planlar üçün atdığımız real addımlardan ibarətdir. #stivçendler #çəkinməaddımat
Çəkinmə, Addım AtSteve Chandler · Parlaq İmzalar · 20251 okunma
Xoşbəxtlik mənim əməllərim, yaradıcı ünsiyyətim sayasində ortaya çıxır. Xoşbəxtlik digər insanların əməlləri ilə meydana gəlmir. Münasibət yaxşıdırsa, deməli, münasibəti quran iki insan artıq xoşbəxtdir. Mən öz xoşbəxtliyimi səninlə bölüşə bilərəm, amma səndən xoşbəxtlik ala bilmərəm. Bütün dövrlərin ən dağıdıcı münasibət illüziyası "digər insanlar bizi xoşbəxt edə bilər" ideyasıdır. Onlar bunu edə bilməzlər.
Ətrafımda bir balaca xaos olmsa, yaradıcı tərəfim işə düşmür. Soyuq, steril, səliqəli masam olsa, əlim-ayağım boşalır. … qarışıq, səliqəsiz iş otağı mənim üçün necə prinsipialdır, məhsuldar, effektiv işləməyim üçün ona çox böyük ehtiyacım var.
Reklam