"İnsanın cismi var,bu cisim eyni zamanda onun üçün həm ağır bir yük,həm də vəsvəsədir. O bu cismi sürüyür və ona tabe olur. O öz cisminə ciddi fikir verməli,cilovunu çəkməli,susdurmalı və yalnız əlacsız qaldıqda ona tabe olmalıdır. Bu itaətkarlıqda da günah gizlənə bilər,lakin bu cür günah bağışlanacaq bir günahdır."