Gedirəm mən gedirəm ki, tapım eşq qibləsini
Məni axtarmaq istəsən oxu eşq nəğməsini
Yum gözəl gözlərini, dinlə qəlbinin səsini
Hər ürək döyüntüsü sənə verər işarə məni
(müəllifi bilmirəm )
Səni nə güclə tapmışam
Həyatın ən gözlənilməz
Biz görüşən yollarında
Fikirlərmiz, xəyallarımız
Bir birinə bərk sarılıb
Biz gülüşən yollarında
Səni nə güclə tapmışam
Qədrini mən bilmək üçün