"Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki... belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur."
"Ancaq bir arzu ilə yaşamışam kı, bəlkə, nəhayət mənim də bəxtimə biri düşəcək, Ah, bu arzu ilə yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!..
- Aşiq? Kimə?
-Heç kimə, öz-özlüyümdə uydurduğum xəyal pərisinə, həmin o pəriyə ki, gecələr yuxuma girir. Mən öz aləmimdə saysız-hesabsız romanlar yaradıram."
"Mən yeriyir və oxuyurdum; heç bir dostu və xeyirxah tanışı olmayan, şad dəqiqələrındə öz sevincini heç kəslə bölüşə bilməyən başqa xoşbəxt adamlar kimi mən də xoşbəxt olduğum zaman mütləq bir mahnı zümzümə eləyirəm."
"Əgər etdiyimiz hər hərəkətdən əvvəl ciddi-ciddi düşünməyə başlasaq, ortaya çıxacaq nəticələri əvvəlcədən proqnozlaşdırmağa çalışsaq, əvvəlcə dəqiq, sonra təsadüfi, sonra da ehtimal olunan nəticələri kəsdirməyə cəhd etsəydik, ağlımıza bir şey gələndə yerimizdə mıxlanıb qalar, heç bir tərəfə hərəkət edə bilməzdik."