Kitabtopya

Kitabtopya
@KitabTopya
10/10
·248 syf.··
2026 3. kitabı
·
6 günde okudu
·
Okunma: 20 Ocak 2026 18:00
KitabTopya Təhlil 19 yaşında cəmi 19 günə bu cür möhtəşəm bir kitab ərsəyə gətirmək asan deyil və Vüsal Kamil bunu yüksək səviyyədə bacarıb. Roman janrında olan kitabda həm detektivlik, həm də dram
Soyuq cəhənnəmVüsal Kamil · Parlaq imzalar · 027 okunma
Reklam
Puan vermedi
KitabTopya Təhlil Oar(Murad Həsənli)-“Yalnızlıqdan Şizofreniyaya” Janr-Psixoloji-dram Bu gün vaxtilə 26 min tirajla nəşr olunmuş,26 dəfə nəşr edilmiş, dövrünün “şedevri” sayılan.Bir əsərdən
1000Kitap
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017623 okunma
Puan vermedi
KitabTopya Təhlil Salam Qədirzadə-“Sevdasız Aylar” Bu gün sizlərə zəngin ədəbiyyatımızın nümunələrindən biri olan Salam Qədirzadəyə məxsus “Sevdasız Aylar” romanı haqqında danışacam Kitabın sujet xətti olduqca maraqlıdır,axıcılığı isə orta.Kitab qısa həcimli olduğundan qısa müddətdə bitirmək olardı,hətta 30-60 dəqiqəyə də bitirmək olar. Kitabda ən sevdiyim obraz Asif oldu.Asif dürüstlükü,məsuliyyətli,sevgi dolu olması obraza qarşı olan sevgini daha çox artırır.Əsərdə yer alan Valeh isə asanlıqla nifrətimi qazana bilmişdir,nəyə görə bunu qazana bildiyini desəm spoiler olar) Salam Qədirzadənin qələmi olduqca sadə və başa düşüləndir.Əsərdə bəyənmədiyim nüans yazıçının ayrılıq acısını daha çox hiss etdirməməsidir.Kitabda yazıçının yaşatdığı hisslər mənim üçün çox önəmlidir,hətta vacibdir deyərdim.Ümumilikdə kitaba şans vermək olar.Kitabı nə tam bəyəndim,nə də tam bəyənmədim,orta.Yazarın qələminə yenidən müraciət edəcəm Dəyərləndirmə:3/5️
1000Kitap
Sevdasız AylarSalam Qadirzade · Hədəf Nəşriyyatı · 0370 okunma
Puan vermedi
Ülkər Ziya-“Öz Ulduzunu Tap” Janr-Psixoloji İlk növbədə Ülkər xanıma uğurlar arzu edirəm. “Öz Ulduzunu Tap” insan psixologiyasının bir çox əsas məqamlarına toxunan, qısa, amma yaddaqalan bir kitabdır. Kitab sujet xəttinə malik deyil, lakin bu, əsərin maraqsız olduğu anlamına gəlmir. Əksinə, kitab olduqca cəlbedici və düşündürücüdür. Xüsusilə komfort zona mövzusundan bəhs edilən hissəni daha çox bəyəndim.Bir çoxumuz həyatımızı elə bir dairədə yaşayırıq ki, adına “komfort zona” deyirik. Hər şey tanış, təhlükəsiz, rahatdır. Amma problem də elə burdadır: komfort zona bizi böyüməyə, irəliləməyə, uğur qazanmağa qoymur.İnsan özünü inkişaf etdirmək, yeni nəticələr əldə etmək istəyirsə, mütləq bu dairədən çıxmalıdır. Çünki inkişaf heç vaxt tam rahatlığın içində baş vermir. Yerli ədəbiyyatımızda bu tərzdə əsərlərin yazılması sevindirici haldır. Psixoloji janrda kitab yazmaq hər kəsin bacardığı iş deyil. Amma görünür ki, Ülkər xanım bunu bacarıb və ortaya dəyərli bir iş qoyub. Kitaba başlamamış mənlə, oxuyub bitirən mən arasında bəzi fərqlər var. Bu fərqləri yaradan da məhz “Öz Ulduzunu Tap” oldu. Kitab insanın düşüncəsinə, yaşayış tərzinə, bir sözlə, hər bir nüansa təsir göstərir. Ümumilikdə, kitab qısa həcimli, sadə, amma faydalı bir əsərdir. Kitabı oxuduqdan sonra hər kəsin həyatında az da olsa dəyişiklik olacağına inanıram. Hər kəsin öz ulduzunu tapması arzusu ilə… Uğurlar Ulkar ZiyaUlkar Ziya ! Dəyərləndirmə 4/5️
1000Kitap
Öz Ulduzunu TapÜlkər Ziya · XAN Nəşriyyatı · 20254 okunma
Puan vermedi
KitabTopya Təhlil Bahram Ahmad -“Vorkuta Əkizləri” Janr -Detektiv Təsəvvür edin:Moskva polis idarəsində kapitan İvanov öz rəisi ilə kəskin mübahisə edir.Qarşısında iki yol var ya istefa edəcək yada Rusiyanın ən soyuq,ən sərt yerlərindən birinə Vorkutaya göndəriləcək.Kapitan İvanov ikinci yolu seçir.Amma bu seçim onun həyatını tamamilə dəyişir….. İvanov daha Vorkutaya çatan kimi müəmmalı bir qətl hadisəsi ilə üz-üzə qalır.Qısa müddətdə bu cinayətlərin sayı artır,qatili tapmaq daha da qəlizləşir.Kitabı oxuduqca cinayətkarın kim olduğunu düşünürdüm,amma düşündüyüm obraz cinayətkər olmadı. Kitabda bəyənmədiyim nüans redaktə səhvlərinin olması idi,buda təbiki Redaktorun üzərinə düşür yazıçı ilə heç bir əlaqəsi yoxdur. Bəzi hissələrdə obrazlar adlarında səhvlik olub.Ancaq mövzu və sonluğ bu xətaların üstünü örtür. Əsərdə ən sevdiyim obraz kimdi soruşsanız heç düşünmədən Mixailov deyərdim.Həm xarakteri,həm işinə bağlılıqı ilə əsər boyu özünü sevdirməyi bacardı.Əsərdə Mixailov həm məni kövrəltdi..həm güldürdü…həmdə özünü sevdirdi. Bu kitab sayəsində Bahram bəyin qələmi ilə tanış oldum və hətta Bahram bəyin qələmini sevdim,yazar bəzi səhnələri o qədər real yazmışdiki özümü baş verən hadisələrin içində hiss edirdim.Kitabda bəzi səhnələrdə göz yaşımı saxlamağı bacar bilmədim ən çoxda Mixailov ilə atasının həyətdə son görüşünü…Kitabın davamının yazılmasını çox istərdim,hətta kitabı bitirdikdən sonra kitabın davamı haqqında ağlımda bir neçə sual yarandı.Ümumilikdə mən kitabı bəyəndim.
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 202326 okunma
Reklam