Kitabtopya

Kitabtopya
@KitabTopya
Reklam
Puan vermedi
KitabTopya Təhlil Bahram Ahmad -“Vorkuta Əkizləri” Janr -Detektiv Təsəvvür edin:Moskva polis idarəsində kapitan İvanov öz rəisi ilə kəskin mübahisə edir.Qarşısında iki yol var ya istefa edəcək yada Rusiyanın ən soyuq,ən sərt yerlərindən birinə Vorkutaya göndəriləcək.Kapitan İvanov ikinci yolu seçir.Amma bu seçim onun həyatını tamamilə dəyişir….. İvanov daha Vorkutaya çatan kimi müəmmalı bir qətl hadisəsi ilə üz-üzə qalır.Qısa müddətdə bu cinayətlərin sayı artır,qatili tapmaq daha da qəlizləşir.Kitabı oxuduqca cinayətkarın kim olduğunu düşünürdüm,amma düşündüyüm obraz cinayətkər olmadı. Kitabda bəyənmədiyim nüans redaktə səhvlərinin olması idi,buda təbiki Redaktorun üzərinə düşür yazıçı ilə heç bir əlaqəsi yoxdur. Bəzi hissələrdə obrazlar adlarında səhvlik olub.Ancaq mövzu və sonluğ bu xətaların üstünü örtür. Əsərdə ən sevdiyim obraz kimdi soruşsanız heç düşünmədən Mixailov deyərdim.Həm xarakteri,həm işinə bağlılıqı ilə əsər boyu özünü sevdirməyi bacardı.Əsərdə Mixailov həm məni kövrəltdi..həm güldürdü…həmdə özünü sevdirdi. Bu kitab sayəsində Bahram bəyin qələmi ilə tanış oldum və hətta Bahram bəyin qələmini sevdim,yazar bəzi səhnələri o qədər real yazmışdiki özümü baş verən hadisələrin içində hiss edirdim.Kitabda bəzi səhnələrdə göz yaşımı saxlamağı bacar bilmədim ən çoxda Mixailov ilə atasının həyətdə son görüşünü…Kitabın davamının yazılmasını çox istərdim,hətta kitabı bitirdikdən sonra kitabın davamı haqqında ağlımda bir neçə sual yarandı.Ümumilikdə mən kitabı bəyəndim.
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 202326 okunma
Mən elə bilirdim,sənsiz ölərəm, Mən sənsiz ölə bilmədim,məni bağışla! ~Ramiz Rövşən~
Məsələ nə qədər kitab oxumağında deyil. Bu hansısa yarış deyilki, hansımız çox kitab oxuya bilsək ona medal verilsin. Məsələ bir kitabı bitirdiyin zaman ondan hansı nəticəni çıxartmağındadır. Kəmiyyət yox, keyfiyyət önəmlidir.
Təsadüf sadəcə təsadüfə inanmaq istəyən insanların uydurmasıdır.
Reklam