KitabTopya Təhlil
Oar(Murad Həsənli)-“Yalnızlıqdan Şizofreniyaya”
Janr-Psixoloji-dram
Bu gün vaxtilə 26 min tirajla nəşr olunmuş,26 dəfə nəşr edilmiş, dövrünün “şedevri” sayılan.Bir əsərdən danışacam.Kitab gənc yazarımız Murad bəyə məxsusdur, gənc yazarlarımızın bu cür möhtəşəm bir əsər ərsəyə gətirməsi həqiqətən də ürək açan haldır.Bu fakt bir daha göstərir ki,dəyərləndirilən ədəbiyyat üçün yaş və təcrübə heç önəmli deyil
Kitabı iki nəşriyyat nəşr edib.Son nəşri isə “Kitaboxu” nəşriyyatı həyata keçirib.Kitabın keyfiyyəti heç də ürək açan deyil,redaktəsində çox da olmasa səhvlər mövcuddur. Hər nə qədər texniki qüsurlar olsa da, kitabın məzmunu o çatışmazlıqları unutturur.
Yazıçının dili çox sadə və başa düşüləndir.Kitabı oxuyarkən yazıçının dili
oxucunu elə cəlb edir ki,oxucu heç bilmir kitab nə zaman bitdi.Kitabın axıcılığı da yaxşıdır.Oxucu kitabı oxuyur,yazıçı isə ona heç imkan vermir ki,kitabın sonunu oxucu təxmin etsin.Oxucu kitabın axırını təxmin etsə belə inanıram ki,yanılacaqdır.
Bendyinin romanının bəzi hissələri (öz-özünə danışdığı məqamlar) bir qədər sıxıcı olsa da,ümumilikdə kitab maraqlı idi. Lakin bu sakit və ağır səhnələr belə, Bendyinin daxili dünyasını daha dərindən anlamağa kömək edir.Kitabın marağı Bendy ilə Elzanın tanışlığından sonra daha da artır.
Kitabı ümumilikdə çox bəyəndim,oxuduğum yerli yazarların əsərləri arasında ilk 3 lükdə yer alar mənim üçün.Kitabın oxucuda buraxdı təsir isə çox böyükdür,mən bu təsirdən nə zaman çıxacam bilmirəm.Kitabda ən sevdiyim obraz Bendy Vuen və Enovar oldu.Daha çox Enovarı sevdim mən,düzdür Enovarın sevmədiyim xasiyyətləri olsa da yenə də ən çox onu sevdim.Enovar adrenalin sevən,qərarlı,zəkalı daha çox spoiler verməyim bir tip olması onu başqa obrazlardan fərqləndirirdi.Bendyə gəldikdə isə…..ehh yazığ Bendy
KitabTopya Təhlil
Salam Qədirzadə-“Sevdasız Aylar”
Bu gün sizlərə zəngin ədəbiyyatımızın nümunələrindən biri olan Salam Qədirzadəyə məxsus “Sevdasız Aylar” romanı haqqında danışacam
Kitabın sujet xətti olduqca maraqlıdır,axıcılığı isə orta.Kitab qısa həcimli olduğundan qısa müddətdə bitirmək olardı,hətta 30-60 dəqiqəyə də bitirmək olar.
Kitabda ən sevdiyim obraz Asif oldu.Asif dürüstlükü,məsuliyyətli,sevgi dolu olması obraza qarşı olan sevgini daha çox artırır.Əsərdə yer alan Valeh isə asanlıqla nifrətimi qazana bilmişdir,nəyə görə bunu qazana bildiyini desəm spoiler olar)
Salam Qədirzadənin qələmi olduqca sadə və başa düşüləndir.Əsərdə bəyənmədiyim nüans yazıçının ayrılıq acısını daha çox hiss etdirməməsidir.Kitabda yazıçının yaşatdığı hisslər mənim üçün çox önəmlidir,hətta vacibdir deyərdim.Ümumilikdə kitaba şans vermək olar.Kitabı nə tam bəyəndim,nə də tam bəyənmədim,orta.Yazarın qələminə yenidən müraciət edəcəm
Dəyərləndirmə:3/5️
Ülkər Ziya-“Öz Ulduzunu Tap”
Janr-Psixoloji
İlk növbədə Ülkər xanıma uğurlar arzu edirəm. “Öz Ulduzunu Tap” insan psixologiyasının bir çox əsas məqamlarına toxunan, qısa, amma yaddaqalan bir kitabdır.
Kitab sujet xəttinə malik deyil, lakin bu, əsərin maraqsız olduğu anlamına gəlmir. Əksinə, kitab olduqca cəlbedici və düşündürücüdür. Xüsusilə komfort zona mövzusundan bəhs edilən hissəni daha çox bəyəndim.Bir çoxumuz həyatımızı elə bir dairədə yaşayırıq ki, adına “komfort zona” deyirik. Hər şey tanış, təhlükəsiz, rahatdır. Amma problem də elə burdadır: komfort zona bizi böyüməyə, irəliləməyə, uğur qazanmağa qoymur.İnsan özünü inkişaf etdirmək, yeni nəticələr əldə etmək istəyirsə, mütləq bu dairədən çıxmalıdır. Çünki inkişaf heç vaxt tam rahatlığın içində baş vermir.
Yerli ədəbiyyatımızda bu tərzdə əsərlərin yazılması sevindirici haldır. Psixoloji janrda kitab yazmaq hər kəsin bacardığı iş deyil. Amma görünür ki, Ülkər xanım bunu bacarıb və ortaya dəyərli bir iş qoyub.
Kitaba başlamamış mənlə, oxuyub bitirən mən arasında bəzi fərqlər var. Bu fərqləri yaradan da məhz “Öz Ulduzunu Tap” oldu. Kitab insanın düşüncəsinə, yaşayış tərzinə, bir sözlə, hər bir nüansa təsir göstərir.
Ümumilikdə, kitab qısa həcimli, sadə, amma faydalı bir əsərdir. Kitabı oxuduqdan sonra hər kəsin həyatında az da olsa dəyişiklik olacağına inanıram.
Hər kəsin öz ulduzunu tapması arzusu ilə…
Uğurlar Ulkar Ziya !
Dəyərləndirmə 4/5️