Azərbaycan və Özbəkistanda xəyalən yaşanan bu sevgi romanı İstanbulda real motivlər əsasında yazılmışdır. Sosial şəbəkədən başlayan təsadüfi tanışlıq, məsafələrin, fərqli adətlərin yaratdığı əngəllərə rəğmən, bu tanışlığın qısa zamanda alovlanaraq sevgiyə çevrilməsi, Azərbaycanlı bir gəncin özbək qızına aşiq olaraq özü ilə bərabər onlarla insanın həyatını alt-üst etməsi, yasaq bir sevginin yaşadacağı xoşbəxtliklə yanaşı gətirdiyi acılar, bir sevgi atəşinin saçdığı eşq qəlpələrinin onun çevrəsindəki kimsədən yan keçməyərək dərin iz buraxması hadisələrin əsasını təşkil edir.