Nədir bu "Hyper-independence" (Hədsiz müstəqillik)? 🌱
Çox vaxt birindən kömək istəməyi zəiflik hesab edirik. "Hər şeyi özüm edə bilərəm", "Heç kimə yük olmayım", "Mənə heç kim lazım deyil" deyə düşünürüksə, bu, sadəcə güclü xarakter yox, "Hədsiz müstəqillik" ola bilər.
Bəs bunun kökündə nə dayanır? (Öyrəndiklərim):
Güvən problemi: Uşaqlıqda ehtiyac duyduğumuz insanların yanımızda olmaması. "Mənə kömək edən yoxdur, deməli, ancaq özümə güvənə bilərəm" inancının formalaşması.
Xəyal qırıqlığından qorunmaq: Başqasından kömək istəsəm, məni yarı yolda qoyar qorxusu.
Nəzarəti itirməmək: Əgər işi başqasına tapşırsam, hər şey korlanacaq düşüncəsi.
Niyə bu bir problemdir?
Çünki insan sosial varlıqdır. Hər şeyi təkbaşına çiyinlərinə götürmək zamanla tükənməyə (burnout), daxili yalnızlığa və münasibətlərdə soyuqluğa səbəb olur.
Kitab tövsiyəsi: 📖
Bu mövzunun köklərini anlamaq üçün Gabor Matenin "Vücudunuz 'Yox' Deyirsə" kitabında stressin və bu cür davranışların sağlamlığımıza təsiri çox gözəl izah olunub.
Siz də hər şeyi tək başına etməyə çalışanlardansınız, yoxsa kömək istəməyi bacarırsınız?