Salam dəyərli oxucu
Haqqında fikirlərimi paylaşacağım ilk kitab
"Dört Anlaşma Toltek Bilgeliyi" (106 səhifə) ️9.5/10
İlk öncə onu vurğulamaq istəyirəm ki, kitabın dili çox axıcıdır, 2 günə bitirdim. Kitabda yazılmış hər bir cümlə insanın həyatına birəbir dərs mahiyyətindədir.
Kitabda hər birimizin hələ dogulmadan öncədən ailə, qohumlar və s tərəfindən həyat yolumuzun çizildiyi, inancların formalaşdığından bəhs olunur.Bu prinsiplər zamanla bizi məhdudlaşdırır, qorxu və əzab içində yaşamağımıza səbəb olur. Kitab bizə bu negativ inanclarımızı dəyişdirmək üçün 4 anlaşma (saziş) təklif edir . Amma burda inanc dediyimiz şey , şüursuz olaraq özümüzdə istəmədən uşaqlıqdan bilinçaltımıza yeridilmiş sözlər,danlaqlar və s-dir.
Bu 4 anlaşma belədir.
1. İstifadə etdiyiniz sözləri düşünərək seçin, sözün gücünü küçümsəməyin. Hətta belə bir maraqlı hekayə var ki, kitabda bir ana işdən yorgun gelib, uşağı isə balacadır və şənlənərək, uca səslə mahnı oxuyur , anası başı səs götürmədiyi üçün uşağa "O çirkin səsini kəs" deyə qışqırır və uşaq hətta yetişkin yaşına çatdıqda belə gözəl səsi ilə birdə heç vaxt mahnı oxumur , hətta utancaq bir yetişkine çevrilir. Yəni sözlərimiz insanların həyatında çox böyük müsbət və mənfi dəyişikliklərə yol aça bilər, ona görə də nə dediyinize diqqət edin.
2. Heç bir fikri şəxsi qəbul etməyin, söylənilən fikir sizin yox bunu söyləyənin o anki hisslərindən, vəziyyətindən və s asılıdır.
3. Güman etməkdən çəkinin. Yəni burda demək istəyir ki, hiss etdiklerinizi açıqca ifade edin.
4. Əlinizdən gələnin ən yaxşısını edin. Hətta sonuç istədiyiniz kimi olmasa belə, siz ən yaxşısını etdiyiniz üçün peşmançılığınız olmayacaq. Ən yaxşısını etdikdə özümüzü qınamağa yer qalmır.
Kitabın ən sevdiyim hissəsi: uşaqlıqdan yetişkinliyədək yəni fərqindəlik