Mənim yazıq atam deyir ki,bizim kimi adamın dünyaya övlad gətirməsi bağışlanmaz günahdır,ona görə də Allaha dua edirik,yalvarırıq ki,qadınlarımız hamilə qalmasın,heç olmasa bu yolla talesiz,bədbəxt insanların kökü yer üzündən birdəfəlik kəsilsin
Onlar titrəyə-titrəyə evlərin tinində dayanır,hər qapıdan içəri girir,hər qapıdan çölə çıxırlar,hər evin pəncərəsindən boylanıb baxır,küləyin yellədiyi cındır geyimlərdə əsim-əsim əsirdirlər.Bu adamları üyüdən dəyirman cavanı qocaldır,uşaqların üzünü qocaldır,onların səsi də elə bil o dünyadan gəlir;hər qocanın,cavanın,uşağın və dünyaya təzə gələnin üzündə aclıq möhürü var.