Bu günkü günlərdə aktual mövzuya çevrilən İsrail və İran arasında gedən müharibə mənə Məmməd Arazın "Müharibə olmasa" şerini xatırlatdı.
MÜHARİBƏ OLMASA
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,