Maximus

Maximus
@Kitabseven
Saqi! Dolanım başına, mey camını gəzdir, Sərməst olum, başıma meyxanə dolansın. Ol zülfə könül vermə, deyirlər mənə, əl çək, Onsuz necə bəs bu dili-divanə dolansın?
10/10
·1808 syf.··
2025 11. kitabı
·
28 günde okudu
·
Okunma: 20 Haziran 2025 08:24
Bu möhtəşəm kitaba hər hansı bir fikirlər yazmaq mənim üçün söz yığını hesab edirəm və əsərdən rəğbət bəslədiyim obraz "Platon Karataev" idi. Tolstoy bəzi məqamlarda millətpərəstlik də etsə o zamanki tarixi və baş verənləri peşəkarlıqla analiz etməyi dahilik göstəricisidir. Böyük həcmli olmasına baxmayaraq bir daha nə vaxtsa yenidən oxumaq istəyərdim.
Savaş ve Barış (2 Cilt Takım)Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202125,8bin okunma
10/10
·210 syf.··
2025 8. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Mayıs 2025 04:39
Bu kitabı oxuyarkən bir sitat daha çox diqqətimi çəkdi: "Bu tavuklar büyüyünce kaz olacak, o kazlar büyüyüp kuzu olacak. Kuzular büyüyünce öküz olacak ve biz yine zengin olacağız!" Mənə bir şəhidimizin atasına söylədiyi sözləri xatırlatdı. Hansı ki, o deyirmiş "Marşrutnan getmərik, o iyirmi qəpiyi ver yığım, ev alarıq, həmişə sonra soruşurmuş. Ata olmur evin pulu?Mən hesablamışam bir ildə nə qədər marşruta minməsəm pul olur..." Oxuyub çox təsirləndiyim bir kitaba çevrildi...Sanki əsərin içindəkilər gözlərim önündə yaşanmış kimi...
Aile
YaşamakYu Hua · Jaguar Kitap · 202669,9bin okunma
10/10
·639 syf.··
2025 7. kitabı
·
23 günde okudu
·
Okunma: 06 Mayıs 2025 18:15
Və nəhayət bu dördlü romanı oxuyub, sonlandırdım. Oxuduqca sanki təbiətdə olan o ağacların, çiçəklərin ətrini hiss etmək olur. Bu kitab da sevgi, sədaqət, qəhrəmanlıq, qəddarlıq və s təqdir olunur. Çox bəyəndim.
İnce Memed 4Yaşar Kemal · Yapı Kredi Yayınları · 202121,5bin okunma
10/10
·690 syf.··
2025 2. kitabı
·
12 günde okudu
·
Okunma: 01 Şubat 2025 09:23
Bu kitab serisini oxumamışdan öncə tamamilə uşaq ədəbiyyatı hesab edirdim və düşünürdüm maraqlı sayılmaz. Elə ki, 1-ci kitab "Fəlsəfə daşı" oxumağa başladım, sanki zəncirvari kitablar oxumağım üçün məni özlərinə cəlb elədi və nəhayət bu möhtəşəm kitab serisini bitirdim. Adətimə sadiq qalaraq Spoiler vermək istəmirəm. Deyərdim ən çox bəyəndiyim obraz Neville idi. Fürsət düşdükcə filmlərinə də baxacam. #Expalliarmus
Harry Potter ve Ölüm YadigarlarıJ. K. Rowling · Yapı Kredi Yayınları · 201628,7bin okunma
9/10
·184 syf.··
2024 32. kitabı
·
9 günde okudu
·
Okunma: 20 Kasım 2024 07:34
Spoiler Alert Spoiler Alert Spoiler Alert Bu kitab 1- ci dünya müharibəsində insanların yaşamını təsvir edir. Clarissaya həyat heç uşaqlığından üzünə gülmür.Ciddi bir atasının olması onu özünü sıxılmış hiss etməsindən başqa bir şey vermir. Mənə görə ən səhv atılmış addım professorun onu Vyanaya göndərməsi olur ki, orda da o fransızla tanış olur və bu nöqtə onun həyatının çətinliyə doğru dönüş nöqtəsi oldu. Doğrusu Brancorici sevəcəyini düşünürdüm, amma ki, onu tərk edən fransıza duyğularında sadiq qalır. Sonda da guya fransız bunu itirib axtarıbmış (buna inanmadım). 1921 - 1930 Bu yıllar Clarissa için ölü yıllardı. Sahip olduğu tek şey yalnızca çocuğuydu. P.S Heyf bu yazıçının bitirə bilmədiyi bir kitabdır və sonluq necə ola bilərdi, mənə çox maraqlı qaldı.
Clarissa
Clarissa
Stefan Zweig
Stefan Zweig
ClarissaStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 201716,9bin okunma