Gözlənilməzliyin hardan gəldiyi bilinmir. Həyatın dərin qaynaqları vahiməlidir. Nifrət heç vaxt kiçik olmur. Nifrət həmişə böyükdür. O hətta ən kiçik məxluqların ürəyində kök salanda belə mahiyyətini dəyişmir, bədheybet olaraq qalır. Nifrətin böyüyü, kiçiyi olmur. Qarışqanın nifrət etdiyi fili də təhlükə gözləyir.