Hamı yaşayır, hamı həyatdan zövq alır,- deyə düşünməyə başladı,-mən isə həbsxanadan buraxılmış adam kimi məni öldürən qayğılar aləmindən yalnız indi bir anlığa özümə gəlmişəm.
Vəziyyəti dəyişməyə heç bir şeyin maneə olmayacağını bildikdə bardaş qurub eyni vəziyyətdə bir neçə saat oturmaq olar; lakin insan bardaş quraraq oturmağa məcbur olduğunu bildikdə ayaqları keyiyər, onları ürəyi istədiyi yerə uzatmağa can atar