Xatirə

Xatirə
@Kitabwithkhatira
Təsir qüvvəti həmişə həqiqi təhsilə malik olan tərəfdə olur.
Sayfa 431·Kitabı okudu
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Bilirsənmi,ölüm haqqında düşündükdə həyatda çox az gözəl şey görürsən, lakin əvəzində daxilən daha artıq sakit olursan.
Sayfa 419·Kitabı okudu
Başa düşdükdə ki, bu gün-sabah yıxılıb öləcəksən və səndən heç bir şey qalmayacaq, hər bir şey adamın gözündə bir heçə dönür.
Sayfa 419·Kitabı okudu
Mən işləyirəm, mən nə isə etmək istəyirəm, ancaq mən yadımdan çıxarmışam ki, bütün bunların hamısının bir nəhayət olacaq, hamısının axırında ölüm gələcəkdir.
Sayfa 390·Kitabı okudu
Hər bir adam onu əhatə edən şəraitin bütün mürəkkəbliyini ən xırda təfərrüatına qədər bildiyinə görə qeyri-ixtiyarı olaraq elə güman edir ki,bu şəraitin mürəkkəbliyi və bunu aydınlaşdırmaq məsələsindəki çətinlik yalnız ona məxsus şəxsi və təsadüfi bir xüsusiyyətdir və əsla düşünmür ki, başqaları da eyni ilə onun kimi öz şəxsi şəraitinin mürəkkəbliyi ilə əhatə olunmaqdadırlar
Sayfa 338·Kitabı okudu