Kitabın mövzusu ,vermək istədiyi mesajlar yerində və qane edici idi. Obrazların hiss və düşüncələri oxucuya yansıyırdı. Cəmiyyətimizdə normal kimi görünən, ancaq, həqiqətdə anormal olan məsələləri yazar çox gözəl işıqlandırmışdı.
Kitabın sonluğunu bəyəndim digər oxucuların fikirlərindən fərqli olaraq yarım qaldığını düşünmürəm. Şans verib oxumağa dəyər.
Salam. Kitabı dünən axşam oxuyub bitirdim və çox sevdim. Hər yaşdan insanın zövq alaraq oxuya biləcəyi şirin bir kitab idi. Uşaqlarınızla birlikdə zaman keçirmək üçün möhtəşəm bir seçimdir. Kitabın verdiyi mesajlar uşaqlara oyuncaqlarına daha çox dəyər verməyi və sevməyi öyrədəcək. Sizin olan hər şeyin dəyərini vaxtında bilin, itirdiyiniz zaman gec ola bilər.