-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
-- Kim?
-- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
-- Başa düşmədim...
-- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz?
-- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür.
-- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...