Ləman Davidova

Ləman Davidova
@Lali
Travmam)
Mən özümü yalnız hiss edirəm. Amma, bu boşluğu heç bir sevgi, qayğı doldura bilməz... Mən dünyaya gəldiyimdən bəri ata sevgisinə həsrət qalmışam, özümü dərk etdiyimdən bəri isə ana sevgisinə... Atam öz ailəsinə sevgi göstərməzdi, hər gün dava olardı. Anamı çox döyərdi, çox işgəncələr edərdi. Mən hələ də unutmuram onun etdiklərini... Mən düşünürdüm ki, anam bizə görə döyülməyi gözə alır, bizə görə dözür o insana... Mən atama həmişə nifrət etmişəm, çünki, o heç vaxt ailəsini düşünməyib, övladlarını düşünməyib. Hələ də, nifrət edirəm ona... Hə, anamdan danışırdım axı) Amma, böyüdüm və indi dərk edirəm ki, anam öz etdiyi səhvinin ucbatından dözürmüş ona. Anam bizi həmişə öz həyatından bəhs edərək, manipulyasiya edirdi. Təbii ki, bizdə manipulyasiya olurduq, çünki, atamın anama nələr etdiyinin şahidi olmuşduq. Hələ də, bacım və qardaşımın manipulyasiya olunduğunu düşünürəm... Anamdan bəhs edəcəm sizə... Anam 18 yaşında ikən ailəsi onu birinə nişanlamaq istəyir. Atam anama bir tanışla xəbər göndərir ki, "Səni sevirəm, gel qaçaq. Qurtarım seni onlardan və s." Anamda buna inanır və qaçır. Mən anlamıram, yaxından tanımadığın, bilmədiyin insana niyə qanasan axı?! Daha sonra anam dəfələrlə atam və atamın ailəsi tərəfindən təzyiqlərə məruz qalır və öz ailəsinə qayıtmaq istəyir. Ailəsi qəbul etmir. Ailəsi deyir ki, "bətnində qız uşağı var, el nə deyər bizə" Bəli anamın bətnində olan mənəm... Sonra daha bir uşaq dünyaya gətirir, mən belə düşünürəm ki, qız uşağı nəsil tərəfindən sevilmir, buna görə anam oğlan dünyaya gətirir ki, atam tüfeyli həyatından uzaqlaşsın. Və sürprizzz, atam həbsxanaya düşür. Atamın arxasında nədənsə, mənim anamın ailəsi durur. Atam həbsdən qaçır və daha bir övlad dünyaya gətirmək istəyirlər ki, atamın həbs cəzası azalsın. Anamın bunlara rəğmən bizim üçün
Duygu/Düşünce
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Buruq saçlar?
Həyatımdakı hər şeyin bir möcüzə olduğunu düşünürəm. Məncə hər kəs belə düşünməlidir, çünki, ilk insanın yaradılışı belə möcüzədir. Bəs buruq saçlar? Mən buruq saçlı olduğum üçün bu mövzu məni çox maraqlandırdı. Mən bunu araşdırdım. Buruq saçların əsasən Afrikada daha yayğın olduğu düşünülür, amma, ağ dərili insanlarında 15%-i buruq saçlı insanlar təşkil edir. Elmdə bunun təmamilə genlə bağlı olduğu bildirilir. Mən bu fikirlə razıyam, amma, psixoloji cəhəddən nə ilə fərqlənirik? - məni bu maraqlandırırdı. Sualımın cavabını dəqiq tapmadım. Amma belə bir cümlə çıxdı qarşıma: Saçlar nə qədər sərt, sözə baxmayandırsa, insanda ən az o qədər inadkar və davakar biridir.✨ Bir cümlə mənim ağlımda dolu qalan heç nəyi dəyişmədi. Məncə, bizi digərlərindən fərqləndirən xüsusiyyətlərimiz var. Amma nə?
Düşünce
Mən Kiməm?
Məncə hər kəsin həyatında "kaş elə yox, belə olardı" dediyi hadisələr və ya insanlar olur. Özümü tapmaq üçün yalnız özümün bir yol axtarmağından çox yorulmuşam. Bəlkə də həyatım və ətrafımdakı insanlar xəyalımdakı kimi olsaydı, özümü daha tez tapardım - deyə düşünürəm hərdən... Artıq kiminsə qarşımda dayanıb, "sən bu adamsan(...) " deməyini istəyirəm. "Axı mən kiməm?" özümə həmişə verdiyim və cavabını tapmaqda çətinlik çəkdiyim bu sual məni çox maraqlandırır. Bəlkə də, bir rəssamam, dəftərə düşən qaralamadan belə nəsə çəkməyə çalışıram. Bəlkə də, bir yazıçıyam, içimdən keçənləri insanlarla bölüşmək istəyirəm. Bəlkə də, bir müəlliməm, öz bildiklərimi hamıya öyrədirəm, gələcəkdə düşmənim olacaqsa belə, ona öyrədirəm... Müəllim də belə deyil mi sizcə? Öyrətdiyi uşağın gələcəkdə kim olacağını bilmir, ama, öyrədir... Bəlkə də, bir riyaziyatçıyam, misalları həll etməyin daha fərqli yollarını axtarıram. Bəlkə də, bir mühəndisəm, yenilik gətirmək istəyirəm dünyaya... Kəşflər etmək istəyirəm, daha çox öyrənmək istəyirəm. İşimdə peşəkar olmaq istəyirəm. Bəlkə də, bir xəyalpərəst idim mən... Nə istədiyini, nə etdiyini bilməyən bir xəyalpərəst...
Düşünce