Mən özümü yalnız hiss edirəm. Amma, bu boşluğu heç bir sevgi, qayğı doldura bilməz...
Mən dünyaya gəldiyimdən bəri ata sevgisinə həsrət qalmışam, özümü dərk etdiyimdən bəri isə ana sevgisinə...
Atam öz ailəsinə sevgi göstərməzdi, hər gün dava olardı. Anamı çox döyərdi, çox işgəncələr edərdi. Mən hələ də unutmuram onun etdiklərini...
Mən düşünürdüm ki, anam bizə görə döyülməyi gözə alır, bizə görə dözür o insana...
Mən atama həmişə nifrət etmişəm, çünki, o heç vaxt ailəsini düşünməyib, övladlarını düşünməyib. Hələ də, nifrət edirəm ona...
Hə, anamdan danışırdım axı)
Amma, böyüdüm və indi dərk edirəm ki, anam öz etdiyi səhvinin ucbatından dözürmüş ona. Anam bizi həmişə öz həyatından bəhs edərək, manipulyasiya edirdi. Təbii ki, bizdə manipulyasiya olurduq, çünki, atamın anama nələr etdiyinin şahidi olmuşduq. Hələ də, bacım və qardaşımın manipulyasiya olunduğunu düşünürəm...
Anamdan bəhs edəcəm sizə...
Anam 18 yaşında ikən ailəsi onu birinə nişanlamaq istəyir. Atam anama bir tanışla xəbər göndərir ki, "Səni sevirəm, gel qaçaq. Qurtarım seni onlardan və s." Anamda buna inanır və qaçır. Mən anlamıram, yaxından tanımadığın, bilmədiyin insana niyə qanasan axı?! Daha sonra anam dəfələrlə atam və atamın ailəsi tərəfindən təzyiqlərə məruz qalır və öz ailəsinə qayıtmaq istəyir. Ailəsi qəbul etmir. Ailəsi deyir ki, "bətnində qız uşağı var, el nə deyər bizə"
Bəli anamın bətnində olan mənəm... Sonra daha bir uşaq dünyaya gətirir, mən belə düşünürəm ki, qız uşağı nəsil tərəfindən sevilmir, buna görə anam oğlan dünyaya gətirir ki, atam tüfeyli həyatından uzaqlaşsın.
Və sürprizzz, atam həbsxanaya düşür. Atamın arxasında nədənsə, mənim anamın ailəsi durur. Atam həbsdən qaçır və daha bir övlad dünyaya gətirmək istəyirlər ki, atamın həbs cəzası azalsın. Anamın bunlara rəğmən bizim üçün